VALYUTA MƏZƏNNƏSİ
-bir ölkənin pul vahidi qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsidir. Valyuta məzənnəsinin təyini qiymət təyinnetmə (qiymətlənmə) adlanır. Manatın məzənnəsi mütləq xarakter daşıyır. Bu məzənnə:
a) xarici valyutaya malik olan nazirlik, idarə və təşkilatlar arasında hesablaşmaların aparılmasında;
b) milli bankda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində;
c) valyutaların vətəndaşlarla mübadiləsində;
ç) respublikaya gələn fərdi və vəzifəli şəxslərdən xarici valyutanın alınmasında;
d) xarici valyutanın ölkə vətəndaşlarına satışında;
e) onların uçot və hesabatının aparılmasında;
ə) ödəniş balansının tərtibində tətbiq olunur.