ANTİDEMPİNQ RÜSUM
-xüsusi, əlavə gömrük rüsumun növüdür, dövlətin iqtisadi maraqlarının mühafizəsinə xidmət edir; ölkənin gömrük ərazisinə ixracat ölkəsindəki normal dəyərdən yaxud orta dünya qiymətlərindən aşağı qiymətə idxal olunan mallar üzərinə idxalat ölkəsi istehsalçılarının mənafeyini mühafizə etmək, onlara maddi ziyan vurulmaması, oxşar malların istehsalının təşkili və genişləndirilməsi məqsədi ilə tətbiq olunur. QATT 1967-ci ildə antidempinq məcəlləsi qəbul etmişdir. Bütün ölkələr öz qanunlarını ona uyğunlaşdırır.