QAPALI VALYUTA
-yalnız bir ölkə daxilində tətbiq olunan və digər xarici valyutalara mübadilə olunmayan milli valyutadır. Qapalı valyutaya milli və xarici valyutaların mübadiləsi, alqı-satqısı idxal və ixracı üzrə müxtəlif məhdudiyyətlər qoyulmuş ölkələrin valyutaları aiddir. Qapalı valyutaya inkişaf etməkdə olan bir çox ölkələrin valyutaları da daxildir.