GÖMRÜKXANA - TAMOJNYA (tarixi)
-"TAMQA" (bax) sözündən meydana Gəlmiş "tamjitdir", yəni mallardan rüsum almaq deməkdir. Həmin mallardan rüsum alınan yer "tamjil" - müasir gömrükxana, burada işləyən adamlar isə "tamojennik"- sonralar "gömrükçü" adlandırılmışdır. Bundan başqa feodal Rusiyasında gömrük rüsumunu ifadə edən "mıt" ya da mıtnıy sbor", bu vergi növünün alındığı yer "mıtnıy dvor", vergini alan şəxslər isə "mıtnik" adlanır ki, bu da müasir - “gömrükçü" ifadələrilə xarakterizə olunur. "Mıt" anlayışı növ dəyişkənliyilə slavyan mənşəli dillərdə hazırda da işlədilir. Belə ki, ukrayna, belarus və bolqar dillərində “gömrükxana” - “mıtnıtsa” adlanır. Müasir gömrükxana dövlət orqanı olub, onun vasitəsi ilə gömrük rəsmiləşdirilməsi və nəzarəti aparılaraq bütün idxal və ixrac malları, habelə digər yüklər ölkəyə gətirilir vəya onun ərazisindən aparılır. Gömrükxana vahid gömrük orqanları sisteminə daxildir.










