AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

HÜQUQİ ŞƏXS

HÜQUQİ ŞƏXS

-Xüsusiləşmiş əmlaka malik olan, öz adından əmlak və şəxsi qeyri-hüququna malik olmaq, öhdəliklər daşimaq, məhkəmədə, arbitraj və ya münsiflər məhkəməsində iddiaçı və cavabdeh səlahiyyətinə malik təşkilat, müəssisə və idarələrdir. Hüquqi şəxs vətəndaş -  hüququnun subyektidir.
Hüquqi şəxslər   aşağıdakı əla
mətlərə malikdirlər:
-nizamnamə  (əsasnamə) üzrə  təşkiletmə səlahiyyətlərini,  quruluşunu, məqsəd və vəzifələrini,  təyinat  və ya seçkili orqanlara seçki qaydalarını və s. müəyyən etmək;
 -xüsusiləşmiş mülkə (xüsusilik, tam təsərrüfat hesabına keçmə ya da operativ idarəetmə  hüququna və s.) malik olmaq;
-vətəndaşlıq dövriyyəsində sövdələşmələrin həyata keçirilməsi və digər hərəkətlərdə vətəndaş   hüququ və öhdəliklərindən istifadə etmək, habelə arbitraj və məhkəmələrdə özünü müdafiə edərək öz adından çıxış etmək;
-öz öhdəlikləri üzrə sərbəst əmlakı ilə məsuliyyət daşımaq. Bu halda o yalnız əmlaka sahiblik hüququ əsasında ona mənsub olanlara görə cavab verir. Hüquqi şəxsin aşağıdakı növləri vardır :
a) dövlət təşkilatları (sərbəst balansa, əsaslı və dövriyyə vəsaitinə malik olan təsərrüfat hesablı sənaye, kənd təsərrüfatı və digər müəssisə, birliklər və s.)
b)kollektiv mülkiyyət əsasında yaradılmış müəssisə və təşkilatlar (icarə, kollektiv müəssisələr, inşaat, bağ- inşaat kooperativləri, kolxozlar, kolxozlararası təşkilatlar, təsərrüfat assosiasiyaları və s. );
c) qarışıq mülkiyyət forması (təsisçilərin əmlakı əsasında) üzrə yaradılan müəssisə və təşkilatlar (dövlət-kolxoz və digər dövlət-kooperativ təşkilatlari, xarici hüquqi şəxs və vətəndaşların iştiraki ilə yaradılan birgə müəssisələr, hüquqi şəxslər və vətəndaşlar tərəfindən yaradılan qarışıq kişik müəssisələr və s.);
ç) qanunvericilikdə nəzərdə tutulmuş hallarda yaradılan digər təşkilatlar.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az