AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

GÖMRÜK SƏRHƏDİ

-ölkənin gömrük ərazisinin hüdudları, habelə sərbəst gömrük bölgəsinin və sərbəst anbarların perimetrləridir. Dövlət sərhədinin  gömrük sərhədinə uyğunluğu nisbi bölgüdür. Belə ki, siyasi sərhəd ərazilərdən keçən müəyyən xətti zolaqdan, gömrük sərhədi isə idxal və ixrac mallarına, valyuta sərvətlərinə və s. faktiki nəzarəti həyata keçirən, digər tərəfdən isə lazımi hallarda malları gömrük vergilərinə cəlb edən, müxtəlif qayda  və qanunlara nəzarət edən gömrük məntəqələri şəbəkəsindən ibarətdir. Digər  tərəfdən isə gömrük sərhədi siyasi sərhədə - dövlət sərhədinə uyğun gəlir. Müasir baxımdan gömrük sərhədi ölkənin yalnız tarif sərhədi deyil, habelə valyuta sərhədi, həmin dövlətdə hakim olan sosial - iqtisadi  strukturun sərhədidir. Nəhayət, qısa mənada gömrük sərhədi sərhəd qoşunlarının, sərhəd nəzarət buraxılış məntəqələrinin (NBM) yerləşdiyi dövlət sərhədi sahəsində olan gömrük  müəssisələri (məntəqələri) şəbəkəsindən ibarətdir. Geniş mənada gömrük sərhədi  ölkənin "iqtisadi sərhədi" - ticarət, valyuta və vergi sərhədidir.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az