GÖMRÜK STATİSTİKASI
-xarici iqtisadi əlaqələr sahəsində dövlət statistikasının tərkib hissəsi olub, idxal və ixrac əməliyyatları üzrə dəqiq uçot aparmaqla xarici iqtisadi fəaliyyətə dair statistik məlumatlar toplayır. Gömrük statistikası aşağıdakı funksiyaları həyata keçirir:
-ölkənin idxal və ixrac əməliyyatları üzrə dəqiq hesabat aparmaqla, hərtərəfli məlumatla təchizata tə'minat verilməsi;
-makroiqtisadi şəraitə uyğun olaraq ölkəyə xarici ticarət vasitəsilə mal axınının struktur və dinamikasını öyrənmək, əsas iqtisadi meyllərin analiz edilməsi;
-informasiya təminatının təchiz edilməsi;
-dövlətlərarası ticarət danışıqlarının və operativ kommersiya danışiqlarının aparılmasına dair hazırlıq işlərinin görülməsində iştirak etmək;
-daxili bazar konyunkturalarının təhlili;
-büdcəyə gömrük tədiyyələrinin daxil olmasına statistika nəzarəti;
-ticarət və ayrı-ayrı bölmələr üzrə tədiyyə balansının tərtib edilməsi.
Gömrük statistikasına (dövriyyədə olan valyuta dəyərləri istisna olmaqla) ölkənin material ehtiyatlarını artıran və ya azaldan idxal, ixrac mallarının hamısı daxildir.










