Ümumdünya Gömrük Təş
1999-ju il iyun ayının 24-də Azərbayjan Respublikası Dövlət Gömrük
Komitəsi dünyanın ən nüfuzlu beynəlxalq gömrük qurumlarından biri olan
Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə keçirilən seçkilərdə
səs çoxluğu ilə həmin quruma üzv seçilmişdir. Azərbayjan
Respublikasının qısa müddət ərzində Ümumdünya Gömrük Təşkilatının
Siyasi Komissiyasına üzv seçilməsi və bu Komissiyanın 44-jü
sessiyasının 5-9 dekabr 2000-ji il tarixdə Bakı şəhərində keçirilməsi
Azərbayjan gömrük xidmətinin beynəlxalq aləmdəki nüfuzunun getdikjə
artmasını və dünya dövlətlərinin gömrük təşkilatları ilə aparılan
əməkdaşlığın böyük fayda verməsini bir daha sübut edir. 2002-ji il
yanvarın 30-da Ümumdünya Gömrük Təşkilatının Baş Katibi jənab Mişel
Dane və Azərbayjan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri jənab
Kəmaləddin Heydərov arasında "Azərbayjan Respublikasının Bakı şəhərində
Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin təsis edilməsi
haqqında anlaşma memorandumu" imzalanmışdır. 30 sentyabr 2003-jü ildə
Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin açılış
mərasimi olmuşdur. Regional Tədris Mərkəzində artıq bir sıra beynəlxalq
və regional tədris kursları və seminarlar keçirilmişdir. Dövlət Gömrük
Komitəsi Ümumdünya Gömrük Təşkilatının Regional Məlumat Əlaqələndirmə
Mərkəzinin (Rilo-Moskva) tamhüquqlu üzvüdür. 14-20 dekabr 2004-jü il
tarixdə ÜGT-nın Gömrük Müasirləşdirilməsi idarəsinin baş texniki
əməkdaşı Mark Deklunderin rəhbərliyi ilə ÜGT mütəxəssislərindən ibarət
qrup Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində
ÜGT-nın region ölkələri üçün elektron tədris proqramının (E-learning)
platformasını quraşdırmışlar.
2004-jü il may ayının 18-də Brüsseldə, Ümumdünya Gömrük Təşkilatının
İqamətgahı qarşısında «Dədə Qorqud» abidəsinin təntənəli açılış
mərasimi olmuşdur. Həmin gün ÜGT-nin İqamətgahında Ümumdünya Gömrük
Təşkilatı ilə Azərbayjan Respublikası Dövlət Gömrük Komitəsi arasında
«Niyyət Protokolu»nun imzalanma mərasimi oldu. Sənədi Ümumdünya Gömrük
Təşkilatının Baş Katibi jənab Mişel Dane və Azərbayjan Respublikası
Dövlət Gömrük Komitəsinin Sədri jənab Kəmaləddin Heydərov imzaladılar.
Bu Protokol Azərbayjan Respublikası Dövlət Gömrük Komitəsi ilə
Ümumdünya Gömrük Təşkilatı arasında mövjud olan əlaqələrin daha da
genişlənməsinin bariz nümunəsi olmaqla, eyni zamanda Azərbayjan ilə
ÜGT-yə üzv ölkələr arasında sıx əlaqələrin qurulmasına böyük imkanlar
yaradır. Niyyət Protokolunda müasir mərhələdə tijarətin
qloballaşdırılması ilə əlaqədar gömrük orqanının üzləşdiyi vəzifələr,
sərhədlərin təhlükəsizliyi, Böyük İpək Yolu vasitəsilə narkotiklərin
qanunsuz dövriyyəsinə dair xüsusi regional problemlərin birgə həlli də
ön plana çəkilmişdir.