|
«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3391
05 may 2008-ci il
Nazir
Fikrət MƏMMƏDOV
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 049
22 aprel 2008-ci il
İdarə Heyətinin sədri
Elman RÜSTƏMOV
|
«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları»na dəyişikliklər
«Valyuta tənzimi haqqında», «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə» 31.05.2001-ci il tarixli, 105 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20.04.2001-ci il tarixli, 031 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 25.04.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 2684) «Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin:
1. Qaydaların 2.4-cü bəndinin a) yarımbəndinin 2-ci abzası («Azərbaycan Respublikasının valyutası»), b) yarımbəndi («Azərbaycan Respublikası ərazisinə qanunvericilikdə nəzərdə tutulmuş miqdardan artıq gətirilən Azərbaycan Respublikası valyutası») və 2.19-cu bəndinin ğ) yarımbəndində «Azərbaycan Respublikasının valyutası» sözləri çıxarılsın, 2.4-cü bəndinin z) yarımbəndi və 2.19-cu bəndinin ə) yarımbəndi («3.4-cü bəndində» sözü istisna olmaqla) aşağıdakı redaksiyada verilsin: «Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri».
|