"Azərbaycan Respublikası dovlət sərhədinin buraxılış məntəqələrindən kecirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nomrəli Fərmanına əlavə edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının 6-cı bəndində "Səhiyyə Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri əlavə edilsin.
2. Bu fərman 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2009-cu il
№ 55