AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Azərbaycan Respublikası Qanunları / 02.06.2008

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli
qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında
Əsasnamə»də, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş «Feldyeger rabitəsi
orqanında xidmət keçmə haqqında Əsasnamə»də və «Ədliyyə
orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 12; 2001-ci il, ¹12, maddələr 731, 736; 2004-cü il, ¹2, maddə 57; 2005-ci il, ¹4, maddə 274, ¹7, maddə 590; 2006-cı il, ¹11, maddə 926; 2007-ci il, ¹1, maddə 1, ¹8, maddə 756; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunu) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 9-cu maddəsində "etikaya" sözü "etik davranış qaydalarına" sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹7, maddə 514; 2006-cı il, ¹3, maddə 221, ¹11, maddə 927; 2007-ci il, ¹8, maddə 756; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunu) ilə təsdiq edilmiş "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"nin 10-cu maddəsində "etikaya" sözü "etik davranış qaydalarına" sözləri ilə əvəz edilsin.
III. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹7, maddə 586; 2007-ci il, ¹1, maddə 1, ¹8, maddə 756; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli və 23 oktyabr tarixli 465-IIIQD nömrəli qanunları) 10.0.11-ci maddəsində "qulluq etikası normalarına" sözləri "etik davranış" sözləri ilə əvəz edilsin.
IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il

№ 616-IIIQD



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az