AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri

USD   0.8038

EUR   1.0203

GBP   1.2353

CHF   0.7959

TRY   0.5297

GEL   0.4353

RUR                             0.026




Azərbaycan Respublikası Qanunları / 02.06.2008

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»yə və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavə edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 611; 2001-ci il, №11, maddə 699, №12, maddə 731; 2002-ci il, №3, maddə 118, №6, maddə 328; 2003-cü il, №1, maddə 22, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №3, maddə 133; 2006-cı il, №2, maddələr 74, 75, №11, maddə 927) 37-ci maddəsinin II hissəsində “həlak olmuş, bədən xəsarəti almış” sözləri “həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 12; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57; 2005-ci il, №4, maddə 274, №7, maddə 590; 2006-cı il, №11, maddə 926; 2007-ci il, №1, maddə 1) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 132-ci maddəsində “həlak olan” sözlərindən sonra mötərizədə “vəfat edən” sözləri əlavə edilsin, “yaralanma, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) sözləri ilə əvəz edilsin.
III. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 452, №12, maddə 731; 2002-ci il, №12, maddə 706; 2005-ci il, №10, maddə 902; 2006-cı il, №11, maddə 927; 2007-ci il, №1, maddələr 1, 4, Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 237-IIIQD nömrəli Qanunu) 20.6-cı maddəsində “xəsarət almış” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il.

№ 622-IIIQD 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya