Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹6, maddə 447; 1999-cu il, ¹10, maddə 570; 2000-ci il, ¹12, maddə 835; 2001-ci il, ¹11, maddələr 676, 686, 695, ¹12, maddə 736; 2002-ci il, ¹1, maddə 4, ¹8, maddə 463; 2003-cü il, ¹1, maddələr 3, 16, 23; 2004-cü il, ¹2, maddə 57, ¹3, maddə 133, ¹6, maddə 400, ¹7, maddə 505; 2005-ci il, ¹4, maddə 277, ¹10, maddə 876, ¹11, maddə 994; 2007-ci il, ¹5, maddə 442, ¹6, maddə 560, ¹10, maddə 938, ¹11, maddə 1053; 2008-ci il, ¹7, maddə 602) 424-cü maddəsində aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. adında "həlak olduqda" sözlərindən sonra "(vəfat etdikdə)" sözləri əlavə edilsin, "bədən xəsarəti" sözləri "xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilsin;
2. mətnində "həlak olduqda" sözlərindən sonra "(vəfat etdikdə)" sözləri əlavə edilsin, "onu sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti" sözləri "xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹4, maddə 213; 2001-ci il, ¹3, maddə 143, ¹6, maddə 362, ¹11, maddələr 672, 679, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 2, ¹5, maddə 241, ¹6, maddə 328; 2003-cü il, ¹1, maddələr 9, 23; 2004-cü il, ¹1, maddə 10, ¹2, maddə 57, ¹3, maddə 133, ¹6, maddə 413, ¹7, maddə 505, ¹9, maddə 672, ¹12, maddə 981; 2005-ci il, ¹3, maddə 151, ¹4, maddə 278, ¹7, maddə 560, ¹10, maddə 874, ¹11, maddə 1001, ¹12, maddə 1094; 2006-cı il, ¹3, maddələr 220, 222, ¹5, maddə 385, ¹11, maddə 923, ¹12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹5, maddələr 401, 437, ¹6, maddə 560, ¹8, maddə 756, ¹11, maddələr 1049, 1053; 2008-ci il, ¹3, maddə 156, ¹7, maddələr 600, 602) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 66-cı maddənin ikinci abzasında "yaralanmış" sözü "xəsarət (yaralanma, travma, kontuziya) almış" sözləri ilə əvəz edilsin;
2. 120-ci maddədə və 130-cu maddənin birinci hissəsinin "e)" yarımbəndində "xəsarət" sözündən sonra "(yaralanma, travma, kontuziya)" sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168 IIQ saylı qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹7, maddə 453, ¹12, maddə 731; 2004-cü il, ¹10, maddə 760; 2005-ci il, ¹4, maddə 280, ¹10, maddələr 871, 872; 2006-cı il, ¹10, maddə 846, ¹11, maddə 927; 2007-ci il, ¹8, maddə 756, ¹11, maddələr 1073, 1081; 2008-ci il, ¹3, maddə 155) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 83-cü maddənin üçüncü hissəsində "yaralanma, kontuziya" sözləri "xəsarət (yaralanma, travma, kontuziya) sözləri ilə əvəz edilsin;
2. 93-cü maddədə "həlak olmuş, bədən xəsarəti" sözləri "həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilsin;
3. 157-ci maddədə "həlak olan" sözlərindən sonra "(vəfat edən)" sözləri əlavə edilsin.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 dekabr 2008-ci il
№ 743-IIIQD