| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№234-IIIQD / 01.02.2007 Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, (I
kitab), maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə
709, 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə
123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə
761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6,
maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə
996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68,
№ 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478,
№ 8, maddə 657) 146.3-cü maddəsinə aşağıdakı
məzmunda ikinci abzas əlavə edilsin:
«Məcəllənin
146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka
kreditindən istifadə etməklə əldə olunan yaşayış
sahəsinin üzərində alıcının mülkiyyət
hüququ, daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınanadək həmin yaşayış sahəsinin
alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq
müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına
şamil edilmir.».
II.
«Dövlət rüsumu haqqında» Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740; 2002-ci il, №
12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə
428, № 12, (I kitab), maddələr 676, 698; 2005-ci il, № 1,
maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10,
maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il,
№ 3, maddələr 223, 225, № 6, maddə 481; Azərbaycan
Respublikasının 2006-cı il 28 noyabr tarixli, 180-IIIQD nömrəli
Qanunu) aşağıdakı məzmunda 10.4-1-ci və 10.4-2-ci
maddələr əlavə edilsin:
«10.4-1.
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə
dair qarışıq müqavilə formasında bağlanan
alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.4-1.1.
Bakı şəhərində—110 manat;
10.4-1.2.
digər şəhər və rayonlarda—44 manat».
«10.4-2.
Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli
ipoteka krediti hesabına alınan yaşayış sahəsinə
dair qarışıq müqavilə formasında bağlanan
alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.4-2.1.
Bakı şəhərində—55 manat;
10.4-2.2.
digər şəhər və rayonlarda—22 manat».
III.
Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 fevral 2007-ci il
№ 234-IIIQD
«Azərbaycan»
qəzetində dərc edilmişdir (21 fevral 2007-ci il, № 38)
(«VES Consultancy LLC»)
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(28 fevral 2007-ci il, № 2, maddə 80) («VES Consultancy»
LLC).
© VES
Consultancy LLC
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|