AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Azərbaycan Respublikasının 26 may 2009-cu il tarixli 823-IIIQD nömrəli Qanunu

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 12; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57; 2005-ci il, №4, maddə 274, №7, maddə 590; 2006-cı il, №11, maddə 926; 2007-ci il, №1, maddə 1, №8, maddə 756, №11, maddə 1078; 2008-ci il, №3, maddə 155, №8, maddələr 694, 696) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 104-cü maddəsində “həlak olduqda” sözlərindən sonra “(vəfat etdikdə)” sözləri əlavə edilsin, “habelə sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 26 may 2009-cu il
823-IIIQD



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az