| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№313-IIIQD / 17.04.2007 «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında»
«Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
«Sərhəd qoşunları
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16,
maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, № 1, maddə 15; 2004-cü il, № 2, maddə
57, № 3, maddə 133, № 4, maddə 199) 4-cü maddəsinin
birinci hissəsinin 6-cı bəndi aşağıdakı
redaksiyada verilsin:
«Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddələrin və qurğuların,
hərbi texnikanın, odlu silah və döyüş sursatının,
nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının hazırlanmasında istifadə oluna bilən
materialların və avadanlıqların, eləcə də
qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların,
habelə Azərbaycan Respublikasının dövlət sərhədindən
buraxılış məntəqələrindən kənarda əmlakın
qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən
keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş
qaydada qarşısını alır;».
II.«Azərbaycan Respublikası Milli
Məclisi deputatının statusu haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 106; 2001-ci il,
№ 12, maddə 731; 2002-ci il, № 1, maddə 4; 2004-cü il,
№ 8, maddə 606, № 9, maddə 666) 30-8-ci maddəsinin
ikinci abzasına «narkotik» sözündən
sonra «vasitələrdən, psixotrop» sözləri
əlavə edilsin.
III.
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il,
№ 10 maddə 570; 2001-ci il, № 11, maddələr 676, 686,
695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8
maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü
il, № 12, maddə 57, № 3, maddə 133, № 6, maddə
400, № 7, maddə 505; 2005-ci il, № 4, maddə 277) aşağıdakı
əlavələr və dəyişikliklər edilsin:
1.10-cu maddənin 9-cu bəndinə «narkotik vasitələrin,»
sözlərindən sonra «psixotrop maddələrin və
onların prekursorlarının,» sözləri əlavə
edilsin.
2.
186-cı maddənin üçüncü hissəsinə aşağıdakı
məzmunda dördüncü cümlə əlavə edilsin:
«Şəxsin
bədəni daxilində narkotik vasitələrin və
psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən
edilməsi üçün tibbi müayinə həkim-narkoloq,
həkim olmadıqda isə, feldşer-narkoloq tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.».
3.36-cı fəslin adında «və psixotrop maddələrin»
sözləri «, psixotrop maddələrin və onların
prekursorlarının» sözləri ilə əvəz
edilsin.
4.
222-ci maddədə:
4.1.
maddəyə aşağıdakı məzmunda ikinci hissə
əlavə edilsin, ikinci və üçüncü hissələr
müvafiq olaraq, üçüncü və dördüncü
hissələr hesab edilsin:
«Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının nəzarətli göndərişinin həyata
keçirilməsinə yalnız mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi
və onların prekursorlarının qanunsuz idxalı, ixracı,
tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən
və ya hazırlanan cinayətlərin qarşısının
alınması, açılması, həmin cinayətləri
törədən şəxslərin vaxtında aşkar edilməsi
və onların cinayət məsuliyyətinə cəlb edilməsi
məqsədilə yol verilir.»;
4.2.
maddənin adında və dördüncü hissədə «və
psixotrop maddələrin» sözləri «,
psixotrop maddələrin və onların prekursorlarının»
sözləri ilə əvəz edilsin;
4.3.
birinci hissədə «və psixotrop maddələrin»
sözləri «, psixotrop maddələrin və onların
prekursorlarının» sözləri ilə əvəz
edilsin, «psixotrop maddələrin» sözlərindən
sonra «və onların prekursorlarının» sözləri
əlavə edilsin.
IV.
«Əhalinin sağlamlığının
qorunması haqqında» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285;
2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr
672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6,
maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il,
№ 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507;
2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028) 28-ci
maddəsinin dördüncü hissəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
«Cinayət
törətməmiş, lakin öz davranış və hərəkətləri
nəticəsində dəfələrlə yaxın qohumlarına
maddi və mənəvi zərər yetirmiş, uşaqların
tərbiyəsinə mənfi təsir göstərmiş,
onların hüquqlarını kobudcasına pozmuş, təklif
olunmuş könüllü müalicədən dəfələrlə
imtina etmiş narkomanlıq xəstəliyinə düçar
olan şəxslər barəsində Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər
tətbiq edilə bilər.».
V.
«Uşaq hüquqları haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il,
№ 3, maddə 143, № 11, maddələr 676, 687, № 12,
maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328;
2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 7,
maddə 507; 2006-cı il, № 2, maddə 75) 9-cu maddəsinin
ikinci hissəsində «, narkotik vasitələrin və
preparatların» sözləri çıxarılsın,
«işlərində» sözündən sonra «,
həmçinin narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi ilə
bağlı işlərdə» sözləri əlavə
edilsin.
VI.
«Yol hərəkəti haqqında»
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə
564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676,
698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü
il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, №
11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə
874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027) aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1.
20-ci maddənin I hissəsindən, 37-ci maddənin I hissəsinin
13-cü bəndindən və 85-ci maddənin 8-ci bəndindən
«və onların analoqlarından» sözləri
çıxarılsın;
2.
37-ci maddənin I hissəsinin 8-ci bəndinə «narkotik
vasitələr» sözlərindən sonra «,
psixotrop maddələr» sözləri əlavə
edilsin;
3.
83-cü maddənin III hissəsində «, narkotik vasitələr,
psixotrop maddələrdən və onların analoqlarından»
sözləri çıxarılsın, «həyata keçirirlər»
sözlərindən sonra «(narkotik sərxoşluq vəziyyətinin,
narkotik vasitələrin və psixotrop maddələrin istehlakı
hallarının müəyyən edilməsi üçün
aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.).» sözləri əlavə edilsin.
VII.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il,
№ 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr
672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, №
5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr
9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57,
№ 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505,
№ 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə
151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə
874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il,
№ 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə
923, № 12, maddələr 1004, 1025, 1030) aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1.
62-ci maddənin 1-ci hissəsinin «a)» bəndində,
72-ci maddənin «b)» bəndində «narkotik,»
sözü «narkotik vasitələr və psixotrop,»
sözləri ilə əvəz edilsin.
2.
174-cü maddənin 3-cü hissəsinə «narkotik»
sözündən sonra «vasitələr və
psixotrop» sözləri əlavə edilsin.
3.
199-cu maddənin 1-ci hissəsinin «d)» bəndində «və
ya narkotik maddələrdən» sözləri «,
psixotrop maddələrdən və ya narkotik vasitələrdən»
sözləri ilə əvəz edilsin.
4.
250-ci maddənin birinci cümləsində «, narkotik
vasitələrin» sözləri çıxarılsın,
«işlərində» sözündən sonra «,
həmçinin narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi ilə
bağlı işlərdə» sözləri əlavə
edilsin.
VIII.
«Məhkəmə və hüquq-mühafizə
orqanları işçilərinin dövlət icbari şəxsi
sığortası haqqında» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, № 10, maddə 569; 2001-ci il, № 12, maddə 736; 2005-ci
il, № 8, maddə 692; 2006-cı il, № 11, maddə 928) 8-ci
maddəsinə «narkotik vasitələrdən» sözlərindən
sonra «, psixotrop maddələrdən» sözləri
əlavə edilsin.
IX.
«Əməliyyat-axtarış
fəaliyyəti haqqında» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250,
№ 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2005-ci
il, № 12, maddə 1079; 2006-cı il, № 2, maddə 64,
№ 12, maddə 1005) 10-cu maddəsinin VII hissəsinə «əməliyyat-axtarış
tədbirlərinin» sözlərindən sonra «,
həmçinin narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının nəzarətli göndərişinin»
sözləri əlavə edilsin.
X.
«Yeyinti məhsulları haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 8; 2001-ci il, №
12, maddə 736; 2003-cü il, № 1, maddə 7; 2004-cü il,
№ 4, maddə 6) 7-ci və 9-cu maddələrinin beşinci
hissəsinə «narkotik» sözündən sonra
«vasitələr və psixotrop» sözləri əlavə
edilsin.
XI.
Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə
323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr
23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505,
№ 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr
277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006;
Azərbaycan Respublikasının 2006-cı il 19 dekabr tarixli,
200-IIIQD nömrəli və 29 dekabr tarixli, 220-IIIQD nömrəli
qanunları) aşağıdakı əlavələr edilsin:
1.
317.1-ci maddədə «və narkotik vasitələrdən»
sözləri «, narkotik vasitələrdən və ya
psixotrop maddələrdən» sözləri ilə əvəz
edilsin;
2.
318.1-ci maddədə «və ya narkotik vasitələrdən»
sözləri «, narkotik vasitələrdən və ya
psixotrop maddələrdən» sözləri ilə əvəz
edilsin;
3. Məcəlləyə
aşağıdakı məzmunda 305.1.10-cu maddə və 40-cı
fəsil əlavə edilsin:
«305.1.10.
şəxsin narkoloji-tibb müəssisəsinə məcburi
yerləşdirilməsi haqqında;»;
«Fəsil 40. Şəxsin
narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi
barədə işlər üzrə icraat
Maddə 352. Ərizənin verilməsi
352.1.
Öz davranış və hərəkətləri nəticəsində
dəfələrlə yaxın qohumlarına maddi və mənəvi
zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi
təsir göstərmiş, onların hüquqlarını
kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən
dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə
düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə
məcburi yerləşdirilməsi barədə ərizə
ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən
şəxsin yaşadığı yer üzrə və ya
narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə
məhkəməyə təqdim olunur.
352.2.
Ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə
məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə
tutulmuş əsaslar göstərilməlidir və ərizəyə
narkoloji-tibb müəssisəsinin əsaslandırılmış
tibbi rəyi əlavə edilməlidir.
Maddə 353. Ərizə üzrə məhkəmənin
qətnaməsi
353.1.
İşə mahiyyəti üzrə baxan hakim ərizənin
rədd edilməsi və yaxud təmin edilməsi barədə
qətnamə qəbul edir.
353.2.
Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin
narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi
və sonradan orada saxlanılması üçün əsasdır.
Maddə 354. Narkoloji-tibb müəssisəsində
məcburi müalicədə olan şəxsin məcburi müalicədən
vaxtından əvvəl azad edilməsi
Narkoloji-tibb
müəssisəsində məcburi müalicədə olan şəxsin
qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən
vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin
müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə
alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə
məhkəmənin qərarı əsasında həyata keçirilir.
Maddə 355. Şəxsin narkoloji-tibb müəssisəsində
məcburi müalicə müddətinin uzadılması
Şəxsin
narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi
müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin
müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə
alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə
məhkəmənin qərarı əsasında həyata keçirilir.».
XII.
«Özəl tibb fəaliyyəti
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, (I
kitab), maddə 129; 2001-ci il, № 3, maddə 144; 2002-ci il,
№ 5, maddə 240; 2004-cü il, № 6, maddə 396) 9-cu maddəsinin
ikinci hissəsində «və narkotik maddələrin»
sözləri «maddələr, tərkibində narkotik
vasitələr və psixotrop maddələr olan dərmanların»
sözləri ilə əvəz edilsin.
XIII.
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 4, (I kitab), maddə 250, №
5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il,
№ 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5,
maddə 318,№ 6, maddə 415, № 10, maddə 761, № 11,
maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466,
№ 8, maddələr 684, 692, 693, № 11, maddə 996, №
12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə
225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə
657; Azərbaycan Respublikasının 1 fevral 2007-ci il tarixli,
234-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik
və əlavə edilsin:
1.
32.1-ci, 33.6-cı və 343.1-ci maddələrdə «və
ya narkotik vasitələrdən» sözləri «,
narkotik vasitələrdən və ya psixotrop maddələrdən»
sözləri ilə əvəz edilsin.
2.
1107.2-ci maddədə «narkotik vasitələrdən»
sözlərindən sonra «və ya psixotrop maddələrdən»
sözləri əlavə edilsin.
XIV.
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 4, (II kitab), maddə 251;
2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il,
№ 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6,
maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr
276, 279, № 8, maddələr 424, 425, № 12, (I kitab), maddə
676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, №
5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, №
11, maddə 900; 2005-ci il, № 1, maddə 3,№ 6, maddə
462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə
994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə
390, № 12, maddələr 1008, 1020, 1028) aşağıdakı
dəyişikliklər və əlavə edilsin:
1.
234-cü maddədə:
1.1.
maddənin adında «prekursorları» sözü
«onların prekursorlarını» sözləri
ilə əvəz edilsin;
1.2.
234.5-ci maddəyə «bölüşdürülməsi,»
sözündən sonra «verilməsi,» sözü,
«ixracı» sözündən sonra «,
tranzit nəql edilməsi» sözləri əlavə
edilsin, «prekursorların,» sözü çıxarılsın,
«və ya psixotrop maddələrin» sözləri
«, psixotrop maddələri və ya onların prekursorlarını»
sözləri ilə əvəz edilsin;
1.3.
Qeydin 1-ci bəndində «prekursorları» sözü
«onların prekursorlarını» sözləri
ilə, «prekursorların» sözü «onların
prekursorlarının» sözləri ilə əvəz
edilsin;
2.
235-ci maddənin adında «prekursorları» sözü
«onların prekursorlarını» sözləri
ilə əvəz edilsin;
3.
237-ci maddənin adında və 237.1-ci maddədə «narkotik
xassəli» sözləri «tərkibində
narkotik maddələr olan» sözləri ilə əvəz
edilsin.
XV.
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (I kitab), maddə 584;
2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə
455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci
il, № 1, maddə 9, № 4, (I kitab), maddə 165, № 5, maddələr
234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463,№ 12,
maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, №
4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr
257, 276, 279, № 8, maddələr 407, 425, № 12, (I kitab),
maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü
il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr
200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə
397, № 8, maddələr 596, 597, № 10, maddələr 762,
779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, №
1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr
272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə
576, № 8, maddələr 691, 692, № 10, maddələr 875,
877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr
1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3,
maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə
478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr
1020, 1024; Azərbaycan Respublikasının 2006-cı il 26 dekabr
tarixli, 219-IIIQD nömrəli və 29 dekabr tarixli, 220-IIIQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.
68-1-ci maddədə:
1.1.
maddənin adından «və onların analoqlarının»
və «və onların analoqlarının,
prekursorların» sözləri çıxarılsın;
1.2.
maddənin dispozisiyası aşağıdakı redaksiyada
verilsin:
«Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop
maddələrin istehlakına, narkotik vasitələrin,
psixotrop maddələrin satış məqsədi olmadan şəxsi
istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə,
saxlanılmasına, daşınmasına və ya göndərilməsinə
görə -»;
1.3.
Qeyddən «, onların analoqlarını və ya
prekursorları» sözləri çıxarılsın.
2.
68-2-ci və 68-3-cü maddələrin adından və
dispozisiyasından «və onların analoqlarının»
sözləri çıxarılsın.
3.
123-1-ci maddədə:
3.1.
maddənin adında «narkotik xassəli» sözləri
«tərkibində narkotik maddələr olan» sözləri
ilə əvəz edilsin;
3.2.
maddənin dispozisiyasında «narkotik xassəli»
sözləri «tərkibində narkotik maddələr
olan» sözləri ilə, «becərilməsi və
ya yetişdirilməsinə» sözləri «yetişdirilməsi
və ya toplanılmasına» sözləri ilə əvəz
edilsin.
4.
301.0.7-ci maddədən «və onların analoqları»
sözləri çıxarılsın.
XVI.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585;
2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9,
№ 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6,
maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə
505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə
890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6,
maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12,
maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə
64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə
929, № 12, maddə 1032) 238.4-cü maddəsinin birinci cümləsinə
«iştirakı ilə» sözlərindən
sonra «və ya qanunla müəyyən edilmiş hallarda
həkim-narkoloq, həkim olmadıqda isə, feldşer-narkoloq
tərəfindən» sözləri əlavə edilsin.
XVII.
«Narkoloji xidmət və nəzarət
haqqında» Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
№ 9, maddə 577; 2002-ci il, № 5, maddə 240; 2003-cü
il, № 12, (I kitab), maddə 697) aşağıdakı əlavələr
və dəyişiklik edilsin:
1.
1.0.4-cü maddəyə «və ya şüur
pozuntusu» sözlərindən sonra «, o cümlədən
psixi və davranış pozuntuları ilə» sözləri
əlavə edilsin.
2.
1.0.7-ci maddəyə «fiziki asılılıqla»
sözlərindən sonra «, o cümlədən psixi və
davranış pozuntuları ilə» sözləri əlavə
edilsin.
3.
10.5-ci, 11.6-cı, 12.2-ci, 14.3-cü, 19.2-ci və 20.4-cü maddələrində
«və prekursorların» sözləri «və
onların prekursorlarının» sözləri ilə əvəz
edilsin.
4.
Qanuna aşağıdakı məzmunda 6.2-1-ci, 7.5-ci, 11.5-1-ci,
15.3-cü və 21.2-1-ci maddələr əlavə edilsin:
«6.2-1.
Narkomanlıq xəstəliyinə düçar olan şəxslər
barəsində bu xəstəliklə əlaqədar məcburi
müalicə tədbirlərinin tətbiqi zamanı istifadə
olunan tibbi üsullar könüllü müalicəyə müraciət
etmiş xəstələrə tətbiq edilən üsullardan
fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.»;
«7.5.
Əvəzedici müalicə proqramlarına qəbul olunmuş
hər bir xəstə barəsində 3 gün müddətində
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməlidir.»;
«11.5-1.
Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin
müalicəsində tibbi məqsədlərlə istifadə
olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan
və nəzarət edilən psixotrop maddələrin tətbiqinə
yalnız dövlət narkoloji-tibb müəssisələrində
icazə verilir.»;
«15.3.
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi
və onların prekursorlarının qanunsuz idxalı, ixracı,
tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar
cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində
müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş
əmlak, yalnız narkomanlığın profilaktikasına və
narkomanlıq xəstəliyinə düçar olan şəxslərin
müalicəsinə və sosial reabilitasiyasına sərf
edilir.»;
«21.2-1.
Cinayət törətməmiş, lakin öz davranış və
hərəkətləri nəticəsində dəfələrlə
yaxın qohumlarına maddi və mənəvi zərər
yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir
göstərmiş, onların hüquqlarını kobudcasına
pozmuş, təklif olunmuş könüllü müalicədən
dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə
düçar olan şəxslər barəsində Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsinə uyğun olaraq məcburi
tibbi tədbirlər tətbiq edilə bilər.».
XVIII.
«Dövlət qulluqçularının
icbari sığortası haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 247; 2003-cü il,
№ 12, (I kitab), maddə 671; 2005-ci il, № 8, maddə 692)
10.0.1-ci maddəsində «narkotik və» sözləri
«narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya» sözləri ilə əvəz edilsin.
XIX.
Azərbaycan Respublikasının 2002-ci
il 31 may tarixli, 336-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi üzrə
komissiyalar haqqında Əsasnamə»nin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə
388; 2006-cı il, № 2, maddə 75) 5-ci maddəsinin birinci
hissəsinin 22-ci bəndindən «və onların
analoqlarını» sözləri çıxarılsın.
XX.
«Televiziya və radio yayımı
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə
583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə
278, № 6, maddə 469; 2006-cı il № 11, maddə 932)
35.10-cu maddəsinə «narkotik vasitələrin,»
sözlərindən sonra «psixotrop maddələrin,»
sözləri əlavə edilsin.
XXI.
«Azərbaycan Respublikasının
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin icbari sığortası haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 506) 6.2-ci maddəsində
«narkotik və» sözləri «narkotik
vasitələrdən, psixotrop maddələrdən və
ya» sözləri ilə əvəz edilsin.
XXII.
«Fövqəladə vəziyyət
haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7,
maddə 513; 2006-cı il, № 2, maddə 64) aşağıdakı
dəyişikliklər edilsin:
1.
8.0.15-ci maddədə «analoqları» sözü
«prekursorları» sözü ilə əvəz
edilsin;
2.
13.2.4-cü maddədə «, prekursorlar və onların
analoqları» sözləri «və onların
prekursorları» sözləri ilə əvəz
edilsin.
XXIII.
«Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına dəyişikliklər
və əlavələr edilməsi barədə» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) XII hissəsi
qüvvədən düşmüş hesab edilsin.
XXIV.
«Narkoloji xidmət və nəzarət
haqqında» Azərbaycan Respublikasının Qanununa və
«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240; 2004-cü il,
№ 10, maddə 780) II hissəsi qüvvədən düşmüş
hesab edilsin.
XXV.
«Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə məsələləri haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi və
bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş
hesab edilməsi barədə» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 1, maddə 10)
XVI hissəsi qüvvədən düşmüş hesab
edilsin.
XXVI.
«Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər
və əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, № 2, maddə 57, № 8, maddə 682; 2006-cı
il, № 2, maddə 64) XXXVI hissəsi qüvvədən düşmüş
hesab edilsin.
XXVII.
«Narkoloji xidmət və nəzarət
haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər edilməsi haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 780) I hissəsi
qüvvədən düşmüş hesab edilsin.
XXVIII.
«Fövqəladə vəziyyət
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi barədə» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) IX hissəsi qüvvədən
düşmüş hesab edilsin.
XXIX.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 17 aprel 2007-ci il
№ 313-IIIQD
«Respublika»
qəzetində dərc edilmişdir (29 iyun 2007-ci il, № 140)
(«VES Consultancy» LLC). © VES
Consultancy LLC
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|