AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№318-IIIQD / 17.04.2007 «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında

«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli, 414-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə»yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 80) aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci bəndlər əlavə edilsin:
«7-1. Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər.
7-2. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.».

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 17 aprel 2007-ci il
№ 318-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 may 2007-ci il, № 104) («VES Consultancy» LLC).
© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az