| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№429-IIIQD / 09.10.2007 Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Xarici investisiyanın qorunması haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 81, №
7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il, №6, maddə
360, №11, maddə 683, №12, maddə 736; 2003-cü il,
№1, maddələr 1, 3; 2005-ci il, №8, maddə 684) 6-cı
maddəsinin 2-ci hissəsində «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin» sözləri «müvafiq icra hakimiyyəti orqanının»
sözləri ilə, «xüsusi
icazə» sözləri «xüsusi razılıq» sözləri ilə
əvəz edilsin.
II. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, №23, maddə 1013; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 6, №3, maddə
226, №4, maddə 280; 2000-ci il, №7, maddə 489; 2001-ci
il, №11, maddə 686, №12, maddə 736; 2002-ci il, №5,
maddələr 241, 248; 2003-cü il, №1, maddələr 1,
16, №12, (I kitab), maddə 673; 2004-cü il, №3, maddə
123; 2006-cı il, №8, maddə 657) 7-ci maddəsinin on dördüncü
abzasında «xüsusi icazə»
sözləri «xüsusi
razılıq» sözləri ilə əvəz
edilsin.
III. «Əmtəə birjası haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994-cü il, №16, maddə 211; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il,
№11, maddə 683; 2005-ci il, №8, maddə 684) 9-cu maddəsinə
aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci və 5-ci bəndlər çıxarılsın; 2. 7-ci bənddə «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə
ilə» sözləri «müvafiq
icra hakimiyyəti orqanı tərəfindən» sözləri
ilə əvəz edilsin.
IV. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995-ci il, №17-18, maddə 275; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 360, №11, maddə
683, №12, maddə 736; 2002-ci il, №1, maddə 11, №5,
maddə 241; 2003-cü il, №1, maddə 1; 2004-cü il,
№4, maddə 202) 7-ci maddəsinin 2-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
«Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri
ilə məşğul olmaq üçün investisiya fəaliyyətinin
iştirakçıları lisenziya almalıdırlar».
V. «Damazlıq işi haqqında» Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 24; 2001-ci il, ¹
12, maddə 736; 2002-ci il, №5, maddə 241) aşağıdakı
dəyişikliklər edilsin: 1. 4-cü maddənin ikinci hissəsində «göstərilməsi ilə
məşğul olmağa xüsusi razılığı
(lisenziyası) olan» sözləri «göstərən» sözü ilə əvəz
edilsin və üçüncü hissəsi çıxarılsın; 2. 17-ci maddənin beşinci abzası çıxarılsın.
VI. «Standartlaşdırma haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 92; 2001-ci il, ¹
11, maddə 683; 2004-cü il, №2, maddə 57, №10, maddə
761) 6-cı maddəsinin 5-ci bəndinin ikinci abzasında «xüsusi razılıq
(lisenziya)» sözləri «müvafiq icazə» sözləri ilə
əvəz edilsin.
VII. «Yanğın təhlükəsizliyi haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 415; 2001-ci il,
№12, maddə 736; 2002-ci il, №5, maddələr 235, 237,
№12, maddə 706; 2004-cü il, №4, maddə 202, №6,
maddə 396, №10, maddələr 761, 779) 21-ci maddəsinin
ikinci hissəsində «orqanının
razılığı» sözləri
«orqanı tərəfindən
verilən xüsusi razılıq (lisenziya)» sözləri
ilə əvəz edilsin.
VIII. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il,
№6, maddə 447; 1999-cu il, №10, maddə 570; 2000-ci il,
№12, maddə 835; 2001-ci il, №11, maddələr 676, 686,
695, №12, maddə 736; 2002-ci il, №1, maddə 4, №8,
maddə 463; 2003-cü il, №1, maddələr 3, 16, 23; 2004-cü
il, №2, maddə 57, №3, maddə 133, №6, maddə
400, №7, maddə 505; 2005-ci il, №4, maddə 277, №10,
maddə 876, №11, maddə 994) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 53-cü maddənin adında, 1-ci və 2-ci hissələrində «lisenziya» sözü
«icazə» sözü
ilə əvəz edilsin, 3-cü hissə çıxarılsın; 2. 54-cü maddənin 3-cü abzasında «rüsumsuz ticarət mağazası
təsis etmək üçün verilən lisenziyanın şərtlərinə
riayət etmək və» sözləri çıxarılsın; 3. 56-cı maddədə ismin müvafiq hallarında «lisenziya» sözü
ismin müvafiq hallarında «icazə»
sözü ilə əvəz edilsin; 4. 59-cu maddənin adında və mətnində ismin müvafiq
hallarında «lisenziya»
sözü ismin müvafiq hallarında «icazə» sözü ilə əvəz
edilsin; 5. 89-cu maddənin adında və mətnində ismin müvafiq
hallarında «lisenziya»
sözü ismin müvafiq hallarında «icazə» sözü ilə əvəz
edilsin; 6. 93-cü maddədə və 95-ci maddənin 1-ci hissəsində
«lisenziya» sözü
«icazə» sözü
ilə əvəz edilsin;
7. 162-ci maddənin birinci hissəsində «lisenziya» sözü
«icazə» sözü
ilə əvəz edilsin; 8. 163-cü maddənin adında və mətnində
ismin müvafiq hallarında «lisenziya»
sözü ismin müvafiq hallarında «icazə» sözü ilə əvəz
edilsin.
IX. Azərbaycan Respublikasının Su Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
№3, maddə 135; 1999-cu il, №8, maddə 476; 2002-ci il,
№5, maddə 237; 2003-cü il, №1, maddə 10; 2004-cü
il, №2, maddə 57; 2006-cı il, №11, maddə 923; Azərbaycan
Respublikasının 2007-ci il 17 aprel tarixli, 314-IIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 1. 34-cü maddənin birinci hissəsinin ikinci cümləsində
«xüsusi razılıq»
sözləri «icazə»
sözü ilə əvəz edilsin, «növləri» sözündən sonra «və icazənin verilməsi
qaydaları» sözləri əlavə edilsin;
2. 18-ci maddənin səkkizinci abzasında, 33-cü maddənin
yeddinci hissəsində, 38-ci, 40-cı və 50-ci maddələrin
birinci hissələrində, 82-ci maddənin dördüncü
hissəsində və 103-cü maddənin beşinci abzasında
«xüsusi razılıq»
sözləri «icazə»
sözü ilə əvəz edilsin.
X. «Yerin təki haqqında» Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 224; 1999-cu il,
№8, maddə 476; 2001-ci il, №11, maddələr 673, 696,
№12, maddə 736; 2004-cü il, №7, maddə 505) aşağıdakı
dəyişikliklər edilsin: 1. 8-ci maddənin ikinci hissəsində «xüsusi razılıq»
sözlərindən sonra «və
ya icazə» sözləri əlavə edilsin; 2. 9-cu maddənin birinci hissəsinin ikinci-dördüncü
və yeddinci abzaslarında, ikinci hissəsində və üçüncü
hissəsinin on üçüncü abzasında ismin müvafiq
hallarında «xüsusi razılıq»
sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri
əlavə edilsin;
3. 10-cu maddənin dördüncü hissəsində «Xüsusi razılığa
uyğun olaraq geoloji» sözləri
«Geoloji» sözü
ilə əvəz edilsin;
4. 13-cü maddənin birinci, üçüncü, altıncı
və səkkizinci hissələrində «xüsusi razılıq» sözlərindən
sonra «və ya icazə»
sözləri, dördüncü hissəsində «xüsusi razılığa»
sözlərindən sonra «və
ya icazəyə» sözləri əlavə edilsin və
beşinci hissəsi çıxarılsın;
5. 18-ci maddənin birinci hissəsinin 1-3-cü bəndlərində,
ikinci hissənin birinci abzasında, 2-ci və 7-ci bəndlərində
«xüsusi razılıq»
sözlərindən sonra «və
ya icazə» sözləri, ikinci hissəsinin 5-ci bəndində
«xüsusi razılıqda»
sözlərindən sonra «icazədə»
sözü əlavə edilsin. 6. 12-ci maddənin altıncı hissəsində, 14-cü
maddənin adında, birinci hissəsində, ikinci hissəsinin
birinci, dördüncü və altıncı abzaslarında,
15-ci maddənin üçüncü abzasında, 19-cu maddənin
birinci, ikinci və yeddinci hissələrində, 20-ci maddənin
ikinci-altıncı hissələrində, 24-cü maddənin
birinci hissəsində, 25-ci, 35-ci, 43-cü və 45-ci maddələrin
ikinci hissələrində, 46-cı maddənin on üçüncü
abzasında ismin müvafiq hallarında «xüsusi razılıq» sözlərindən
sonra ismin müvafiq hallarında «və
ya icazə» sözləri əlavə edilsin.
XI. «Balıqçılıq haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 362; 2002-ci il,
№5, maddə 241; 2004-cü il, №2, maddə 57) 14-cü
maddəsinin ikinci hissəsindən «xüsusi» sözü çıxarılsın.
XII. «İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 364; 2005-ci il,
№6, maddə 466; 2006-cı il, №12, maddə 1005) 7-ci
maddəsinin dördüncü hissəsi çıxarılsın.
XIII. «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 374; 2002-ci il,
№12, maddə 709) 5-ci maddəsinə aşağıdakı
dəyişikliklər edilsin: 1. ikinci hissədə «xüsusi icazə əsasında»
sözləri çıxarılsın; 2. üçüncü hissədən
«bu fəaliyyətə xüsusi
icazəsi olan» sözləri çıxarılsın; 3. dördüncü hissədən «memarlıq fəaliyyətinə
xüsusi icazə verilməsi və ona nəzarət»
sözləri çıxarılsın; 4. beşinci hissədən «xüsusi icazəsi olan»
sözləri çıxarılsın.
XIV. «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №7, maddə 443; 2004-cü il,
№1, maddə 6, №2, maddə 57; 2006-cı il, №2,
maddə 64) 13-cü maddəsinin ikinci hissəsi aşağıdakı
redaksiyada verilsin: «Kartoqrafiya
fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilir».
XV. «Hidrometeorologiya fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 482) 11-ci maddəsinin
ikinci hissəsi çıxarılsın.
XVI. «Kinematoqrafiya haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 489; 2001-ci il,
№12, maddə 736; 2005-ci il, №8, maddə 684) 6-cı maddəsindən
«və kinematoqrafiya fəaliyyətinə
xüsusi icazə verilməsi» sözləri çıxarılsın.
XVII. «Qiymətləndirmə fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 562; 2002-ci il,
№5, maddə 241) aşağıdakı dəyişikliklər
edilsin: 1. 9-cu maddənin birinci hissəsindən «xüsusi razılıq almış»
sözləri çıxarılsın; 2. 10-cu maddənin beşinci abzasından «qiymətləndirmə fəaliyyəti
ilə məşğul olmaq hüququ verən sənədləri
təqdim etmək» sözləri çıxarılsın.
XVIII. «İstehsalat və məişət tullantıları
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə
606; 2002-ci il, №4, (I kitab), maddə 165) 8-ci maddəsinin 1-ci
hissəsinin üçüncü abzasının əvvəlinə
«qanunvericiliklə nəzərdə
tutulmuş hallarda» sözləri əlavə edilsin.
XIX. «Dövlət torpaq kadastrı, torpaqların
monitorinqi və yerquruluşu haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 157; 2006-cı il,
№6, maddə 478) 20-ci maddəsinin ikinci hissəsi çıxarılsın.
XX. «Kiçik sahibkarlığa dövlət köməyi
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə
469; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №12, maddə
709; 2003-cü il, №12, (I kitab), maddə 672) 6-cı maddəsinin
yeddinci abzasından «fəaliyyətinin
lisenziyalaşdırılmasının və» sözləri
çıxarılsın.
XXI. «Heyvanlar aləmi haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, №8, maddə 470; 2004-cü il, №2, maddə
57, №7, maddə 505, №11, maddə 902) 14-cü maddəsinin
ikinci hissəsindən «xüsusi»
sözü çıxarılsın.
XXII. «Şəhərsalmanın əsasları haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 473; 2001-ci il,
№11, maddə 676; 2002-ci il, №5, maddə 241) 16-cı
maddəsində «bu fəaliyyətə
xüsusi icazəsi olan» sözləri «xüsusi razılıq
(lisenziya) əsasında» sözləri ilə əvəz
edilsin.
XXIII. «Əmək miqrasiyası haqqında» Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il , №1, maddə
3) aşağıdakı dəyişikliklər edilsin: 1. 5-ci maddənin birinci-üçüncü hissələrində
və 15-ci maddənin birinci hissəsində «xüsusi razılıq»
sözləri «icazə»
sözü ilə əvəz edilsin; 2. 16-cı maddənin birinci hissəsində və 17-ci
maddədə «xüsusi
razılığın» sözləri «icazənin» sözü
ilə əvəz edilsin.
XXIV. «Texniki təhlükəsizlik haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il , №2, maddə
81; 2005-ci il, №4, maddə 278) 14-cü maddəsinin 2-ci bəndindən
«bu ekspertizanı aparmağa
xüsusi razılığı olan təşkilat tərəfindən»
sözləri çıxarılsın.
XXV. «Avtomobil yolları haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, №3, (I kitab), maddə 125;
2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №11,
maddə 901; 2006-cı il, №6, maddə 478) 21-ci maddəsinin
birinci hissəsindən «qüvvədə
olan qanunvericilik aktlarının tələblərinə uyğun
olaraq xüsusi razılıq sistemi tətbiq edilir ,» sözləri çıxarılsın.
XXVI. «Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, №3, (I kitab), maddə 129;
2001-ci il, №3, maddə 144; 2002-ci il, №5, maddə 240;
2004-cü il, №6, maddə 396) 17-ci maddəsinin ikinci hissəsi
çıxarılsın.
XXVII. «Nəşriyyat işi haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il , №8, (I kitab), maddə
581; 2002-ci il, №12, maddə 709; 2004-cü il, №7, maddə
505) 18-ci maddəsinin birinci hissəsinin ikinci abzasından «xüsusi razılığın
nömrəsi və verilmə tarixi» sözləri çıxarılsın.
XXVIII. Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, №8, (I kitab), maddə 584;
2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə
455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci
il, №1, maddə 9, №4, (I kitab), maddə 165, №5, maddələr
234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12,
maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, ¹
4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr
257, 276, 279, 8, maddələr 407, 425, №12, (I kitab), maddələr
676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1,
maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204,
№5, maddələr 313, 314, 317, 321, №6, maddə 397,
№8, maddələr 596, 597, №10, maddələr 762, 779,
№11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1,
maddələr 5, 6, №2, maddə 61, №4, maddələr
272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə
576, №8, maddələr 691, 692, №10, maddələr 875,
877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr
1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3,
maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə
478, №11, maddələr 923, 924, 932, №12, maddələr
1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr
65, 68; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli,
236-IIIQD nömrəli, 27 fevral tarixli, 251-IIIQD nömrəli, 6
mart tarixli, 260-IIIQD, 17 aprel tarixli, 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli,
1 may tarixli, 322-IIIQD nömrəli və 31 may tarixli, 357-IIIQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin: 1. 71-ci maddənin: 1.1. adında «xüsusi razılıq (lisenziya)» sözlərindən
sonra «və ya icazə»
sözləri əlavə edilsin; 1.2. birinci abzasında «xüsusi razılıq
(lisenziya)» sözlərindən sonra «və ya icazə» sözləri
əlavə edilsin və «lisenziyada»
sözü «həmin sənəddə»
sözləri ilə əvəz edilsin; 2. 85.0.10-cu maddədə «xüsusi
razılıq» sözlərindən sonra «və ya icazə» sözləri
əlavə edilsin; 3. 101.1.3-cü maddədə «xüsusi razılıq (lisenziya )»
sözlərindən sonra «və
ya icazə» sözləri əlavə edilsin; 4. 119.0.5-ci və 242-ci maddələr çıxarılsın; 5. 280-ci maddədən «malların
emalına lisenziya verilməsi» sözləri «icazə olmadan malın emal
edilməsi» sözləri ilə əvəz edilsin.
XXIX. «Bələdiyyələrin su təsərrüfatı
haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il ,
№8, maddə 519; 2005-ci il, №4, maddə 271) aşağıdakı
dəyişikliklər edilsin: 1. 11.1-ci maddədə «xüsusi
razılıq alınmadan» sözləri «bələdiyyələrə
məlumat verməklə» sözləri ilə əvəz
edilsin; 2. 14-cü maddənin adında və mətnində ismin
müvafiq hallarında «xüsusi
razılıq» sözləri ismin müvafiq hallarında
«icazə» sözü
ilə əvəz edilsin.
XXX. «Məşğulluq haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il , №8, maddə
522, №12, maddə 731; 2003-cü il, №1, maddə 16) 14-cü
maddəsində «İşədüzəltmədə»
sözü «Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində» sözləri
ilə əvəz edilsin.
XXXI. «Tütün və tütün məmulatı
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə
568; 2002-ci il, №5, maddə 240; 2003-cü il, №1, maddə
6; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli,
236-IIIQD nömrəli Qanunu) 4.0.5-ci və 14.3.1-ci maddələrində «xüsusi icazə» və
«xüsusi icazəsi»
sözləri müvafiq olaraq «xüsusi
razılıq (lisenziya)» və «xüsusi razılığı (lisenziyası)»
sözləri ilə əvəz edilsin.
XXXII. «Narkoloji xidmət və nəzarət haqqında»
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il , №9, maddə
577; 2002-ci il, №5, maddə 240; 2003-cü il, №12, (I
kitab), maddə 697) aşağıdakı dəyişiklik və
əlavə edilsin: 1. 14.2-ci maddənin ikinci cümləsi çıxarılsın;
2. 14.3-cü maddənin birinci və ikinci cümlələrində
«razılığın»
sözündən əvvəl «xüsusi»
sözü əlavə edilsin.
XXXIII. «Üzümçülük və şərabçılıq
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə
3; 2003-cü il, №1, maddə 15, №12, (I kitab), maddə
674; 2005-ci il, №4, maddə 278; Azərbaycan Respublikasının
2007-ci il 1 fevral tarixli, 236-IIIQD nömrəli Qanunu) 5.0.4-cü,
10.2-ci, 22.2.1-ci və 26.1-ci maddələrində «xüsusi icazə»
sözləri «xüsusi
razılıq (lisenziya)» sözləri ilə əvəz
edilsin.
XXXIV. «Azərbaycan Respublikasının Milli Bankı
haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 984) 47.1-ci maddəsində «xüsusi icazələrin»
sözləri «xüsusi
razılıqların» sözləri ilə əvəz
edilsin.
XXXV. «Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi haqqında»
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə
695) aşağıdakı əlavə və dəyişikliklər
edilsin: 1. 6-cı maddənin adında, 6.1-6.3-cü və 17-ci
maddələrdə ismin müvafiq hallarında «lisenziya» sözündən
əvvəl «icazə və
ya» sözləri əlavə edilsin; 2. 13-cü maddədən «bu
növ fəaliyyət üçün lisenziya (xüsusi razılıq )» sözləri «icazə» sözü ilə əvəz
edilsin; 3. 18.1-ci maddədə «dövriyyəsi
ilə bağlı fəaliyyət növünə lisenziya (xüsusi
razılıq )» sözləri «dövriyyəsinə icazə»
sözləri ilə əvəz edilsin; 4. 18.2-ci maddədə «lisenziya
(xüsusi razılıq)» sözləri
«icazə» sözü
ilə əvəz edilsin.
XXXVI. «Sahibkarlıq fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi
barədə» Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 15 dekabr tarixli, 406 nömrəli Qərarının
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci
il, №23, maddə 1014) 2-ci bəndinin dördüncü
abzası və 3-cü bəndi çıxarılsın.
XXXVII. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci
il 19 sentyabr tarixli, 1115 nömrəli Qərarı (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №19, maddə
327; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci
il, №3, maddə 226; 2004-cü il, №6, maddə 397;
2005-ci il, №8, maddə 684) ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında
Əsasnamə»nin 19-cu bəndinin ikinci abzasından «və lisenziyaların verilməsindən»
sözləri çıxarılsın.
XXXVIII. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti İlham ƏLİYEV Bakı şəhəri,
9 oktyabr 2007-ci il №429-IIIQD «Azərbaycan»
qəzetində dərc edilmişdir (2 noyabr 2007-ci il, №246) («VES Consultancy» LLC)
© VES Consultancy LLC
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|