№969-IIQD / 28.06.2005 «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə
«Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında»
Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, № 1, maddə 12; 2001-ci il, № 12, maddə 731, 736, 2004-cü il, № 2,
maddə 57; Azərbaycan Respublikasının 2005-ci il, 4 mart tarixli, №
851-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 1. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları Azərbaycan Respublikasının daxili işlər orqanları
əməkdaşlarının xüsusi rütbələrə görə müvafiq maaşlarına bərabər müəyyən edilir.».
2. 99-cu maddə aşağıdakı redaksiyada verilsin:
«Gömrük
orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda
xidmət illərinə görə əlavələr Azərbaycan Respublikasının daxili işlər
orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə görə verilən haqqın
məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq ödənilir.».
II. Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 28 iyun 2005-ci il
№ 969-IIQD
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az