AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№982-IIQD / 01.09.2005 «Məhkəmələr və hakimlər haqqında»

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli, 311-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505) 410-cu maddəsinin birinci hissəsindən «xalq» sözü çıxarılsın.

II. «Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 565; 2000-ci il, № 12, maddə 833) 8-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında «İqtisad Məhkəməsi» sözləri «apellyasiya məhkəmələri» sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 690-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hakimlərin xüsusi geyimi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 402) 1-ci maddəsində «Ali Məhkəməsi və İqtisad Məhkəməsi» və «İqtisad Məhkəməsinin sədri» sözləri müvafiq olaraq «Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin» və «apellyasiya məhkəmələrinin sədrləri» sözləri ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 403) 1-ci və 4-cü maddələrində «İqtisad Məhkəməsi» sözləri «apellyasiya məhkəmələri» sözləri ilə əvəz edilsin.

V. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202) 10-cu maddəsinin üçüncü hissəsinin on altıncı abzasında «hakimlərin həbs edilməsinə dair qərar verilməsi üçün müvafiq məhkəməyə müraciət edir,» sözləri «hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir,» sözləri ilə əvəz edilsin.

VI. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 125) 10.4.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

  «10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.».

VII. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 sentyabr 2005-ci il
№ 982-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 oktyabr 2005-ci il, № 247) («VneshExpertService»)
© VneshExpertService



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az