AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





Beynəlxalq əlaqələr

2009-cu ilin xronikası

 

Bu il fevralın 5-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası çərçivəsində Beynəlxalq Yük Daşımaları (BYD) İnzibati Komitəsinin 47-ci sessiyası keçirilmişdir. Sessiyada 1975-ci il BYD Konvensiyasının 8-ci Əlavəsi 9-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Konvensiyaya üzv 58 dövlət səsvermə yolu ilə Konvensiyanın icrasına nəzarəti təmin etmək üçün BYD İcra Şurasına 9 daimi üzv seçmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin irəli sürdüyü namizəd - DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov növbəti iki il müddətinə BYD İcra Şurasının üzvü seçilmişdir.
 
***
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektoru Mahir İbrahimov, Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin vergi və yığımlar şöbəsinin rəisi Rüfət Elçiyev ilə ATİB üzvləri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, "bir pəncərə" sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi.
 
***
Fevralın 17-dən 19-dək Çin Xalq Respublikasının Quançjou şəhərində «Birgə Gömrük Nəzarəti», fevralın 20-21 tarixlərində isə «Tədris Tələbatlarının Qiymətləndirilməsi» mövzularında seminarlar keçirilmişdir. Çin Xalq Respublikası Baş Cömrük İdarəsi və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunan hər iki seminarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
***
Fevralın 18-də Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük əməkdaşları arasında görüş keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov, İran İslam Respublikası tərəfindən isə Ənzəli Gömrük İdarəsinin rəisi Qulamhüseyn Nuhi, İran Astarası Gömrük İdarəsinin rəisi Şamani Əliəkbər və digər rəsmi şəxslər iştirak etmişlər.
***
Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul etmişdir.
***
Fevralın 23-27 tarixlərində Belçika Krallığının Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Qanunvericiliyin Pozulmasına qarşı Mübarizə Komitəsinin 28-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti - Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Ramil Əsədov və Xarici Əlaqələr İdarəsi Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq və Protokol Bölməsinin rəisi Kamran Cabbarlı iştirak etmişlər.
***
Martın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə gömrük xidmətinin fəaliyyəti ilə tanış olan Dünya Bankının yoxsulluğun azaldılması və iqtisadi idarəçilik üzrə beynəlxalq ticarət departamentinin sərhəd idarəetməsi üzrə baş mütəxəssisi Tomas Doylun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
***
Martın 10-20 tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Narkotik Vasitələr üzrə Komissiyanın (NVK) 52-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi Hacı Hacıyev də iştirak etmişdir.
***
Martın 24-25 tarixlərində Banqkok şəhərində Tailand Krallığının təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP//UNECE) tərəfindən "Kağızsız ticarət üzrə regional potensialın gücləndirilməsi" mövzusunda simpozium keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin 1-ci müavini İqbal Babayev iştirak etmişdir.
***
Aprelin 2-4 tarixlərində Vatikan dövlətində “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” mövzusunda sərgi, eyni zamanda “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adlı kitabların təqdimat mərasimi keçirilmişdir.
***
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günlerin rəhbərliyi altında nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 22-də Azərbaycan-Türkiyə Gömrük Xidmətləri arasında İşçi Qrupunun iclası keçirilmişdir.
İclasda iki ölkənin gömrük orqanları arasında narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı birgə mübarizədə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, ətraflı fikir mübadiləsi aparılmışdır.
Qəbul olunacaq yekun sənəd müzakirə edildikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığı arasında Azərbaycan-Türkiyə sərhədindən avtomobil və hava yolu ilə keçirilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və silahların aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınmasına yönəlmiş işçi protokolu imzalanmışdır. Protokolu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günler imzalamışlar.
***
Aprelin 27-29 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində "Beynəlxalq tranzit nəqliyyatı üzrə Konvensiyalar, BYD sistemi və Avropa-Asiya nəqliyyat əlaqələri" mövzusunda regional seminar keçirilmişdir. Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyası və BANİ tərəfindən təşkil olunmuşdur.
***
Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gürcüstan Gəlirlər Xidmətinin rəisi Qriqol Qobecişvilini və Gömrük Nəzarəti Departamentinin rəhbəri Qiqa Xvinqiyanı qəbul etmişdir.
***
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Estoniya Respublikasının Vergi və Gömrük Şurasının baş direktoru Enriko Aavı və müavini Dmitriy Yeqorovu qəbul etmişdir.
***
Aprelin 29-da Bakıdakı «Crescent Beach» hotelində Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 10-cu iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Gürcüstan Respublikası Gəlirlər Xidməti, Ukrayna Respublikası Dövlət Gömrük Xidməti və Moldova Respublikası Gömrük Xidmətinin məsul vəzifəli şəxsləri iştirak etmişlər.
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 10-cu iclasının Protokolu nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanmışdır.
***
Aprelin 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İonannis Metaksası qəbul etmişdir.
***
Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul etmişdir.
***
Mayın 14-də Bakıdakı «Crescent Beach» hotelində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ukrayna, Özbəkistan, Tacikistan, Rusiya və Moldovanın nümayəndələri iştirak etmişlər.
***
18-19 may 2009-cu il tarixində Norveç Krallığının Bergen şəhərində 44 ölkəni təmsil edən 96 nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin konfransı keçirilmişdir. Konfransda ölkəmizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətində DGK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev təmsil olunmuşlar.



2008-ci ilin xronikası

 

Fevralın 3-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində «Problemlərlə mübarizəyə qalxaq» mövzusunda Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə 4-cü Ümumdünya Forumu keçirilmişdir.
Ümumdünya Gömrük Təşkilatı və Dubay Limanlar Gömrük İdarəsinin təşkilatçılığı, həmçinin İnterpol, Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Ticarət Palatası, Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə Biznes Birliyi, Beynəlxalq Ticarət Nişanları Assosiasiyası və Beynəlxalq Təhlükəsizlik İdarəetməsi Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak etmişdir.
***

Fevralın 13-15 tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” mövzusunda sərgi, eyni zamanda “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adli kitablarin təqdimat mərasimi keçirilmişdir.

***

Fevralın 28-29 tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti  iştirak etmişdir.

***

Martın 10-dan 14-dək Vyana şəhərində BMT İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 51-ci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
***

Martın 18-də Ukraynanın paytaxtı Kiyev şəhərində  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin İclası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

***

Martın 27-28 tarixlərində Belçika Krallığının Brüssel şəhərində "XXI əsrdə gömrük" mövzusuna həsr edilmiş Qlobal Forum keçirilmişdir.
ÜGT-nin təşkilatçılığı ilə keçirilən forumda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

***

Aprelin 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatının müəllifi Simeon Dyankovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
***

Aprelin 23-də  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Dr. Karolin Braunu  qəbul etmişdir.

***

Piratçılıqla mübarizədə gömrüyün rolu mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Mayın 20-24 tarixlərində Yunanıstanın Halkidiki vilayətinin Sithonia Peninsula regionunda Ümumdünya Gömrük Təşkilatı və Yunanıstan İqtisadiyyat və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Kontrafakt və piratçılıqla mübarizədə gömrüyün fəaliyyəti və nailiyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlının rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Konfransda Ümumdünya Gömrük Təşkilatının, Avropa Komissiyasının, Türkiyənin, Çinin, İordaniyanın,Tailandın, İtaliyanın, eləcə də CİOPORA-nın, Beynəlxalq Filipp Morris şirkətinin, Sony Ericsson şirkətinin, İmperial Tobakko şirkətinin, Phillips şirkətinin, İFPİ-nin, eVay-ın, BASCAP-ın və digər təşkilatların nümayəndələri çıxış etmişdir.


***

Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq bütün sferalarda yüksələn xətlə inkişaf edir. İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini qəbul etmişdir.

 

***

İyunun 4-dən 6-dək Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 47-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

***
İyunun 9-dan 13-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində harmonik sistem üzrə regional seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya və Türkiyənin gömrük xidməti əməkdaşları iştirak etmişlər.
***

İyunun 12-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev Çin Xalq Respublikası Gömrük Baş Adminstrasiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin Baş direktor müavini Vanq Donqhonqun başçılıq etdiyi numayəndə heyətini qəbul etmişdir.
***

İyunun 24-dən 26-dək Türkmənistan Respublikasının Aşqabad şəhərində Paris Paktı Təşəbbüsü üzrə Xəzər hövzəsi ölkələrinin təşəbbüsü çərçivəsində hüquq-mühafizə orqanları ekspertlərinin birinci görüşü keçirilmişdir. Tədbiri Türkmənistan hökuməti və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Türkmənistandakı nümayəndəliyi təşkil etmişdir.

***

İyunun 26-dan 28-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 111/112-ci sessiyası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.İyunun 27-də isə "Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir.

***

İyulun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilmişdir.

***

İyunun 24-25 tarixlərində Kiyev şəhərində Avropa Ölkələri Palataları Birliyi (Avropalata) tərəfindən Avropa qonşuluq siyasəti ölkələri və eləcə də Rusiya Federasiyası üçün nəqliyyat, daşınmalar və gömrük işləmələrinə dair beynəlxalq seminar-treninq keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi Sənan Muxtarov və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Səməd Qaralov iştirak etmişlər.

***

İyulun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilmişdir.

***

İyulun 17-18 tarixlərində Avstriyanın Vyana şəhərində narkotik və kimyəvi prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ATƏT-in ekspertlər konfransı keçirilmişdir. Tədbir Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ATƏT tərəfindən birgə təşkil olunmuşdur. Konfransda Azərbaycan Respublikası tərəfdən Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi Hacı Hacıyev də iştirak etmişdir.

***

Azərbaycan ilə Türkiyə gömrük xidmətləri arasında sıx əlaqələr mövcuddur аvqustun 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul etmişdir.

***

Sentyabrın 8-dən 9-dək Qırğız Respublikasının İssıkkul şəhərində Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsinin 7-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlının başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasın əsas məqsədi Gömrük Əməkdaşlıq Komitəsinin 2002-ci ildə yarandığı tarixdən bu günə kimi əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi və ticarətə yardım üzrə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığının strategiya layihəsinə baxılması olub.

***

Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin 17-ci iclası keçirilmişdir Sentyabrın 23-25 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin 17-ci iclası keçirilmişdir. Tədbirə Azərbaycan da daxil olmaqla 37 ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndə heyətləri qatılmışlar.

***

Oktyabrın 9-10-da Avstriya Respublikasının Vyana şəhərində Avstriya Gomruk İdarəsi və Avropa Komissiyası tərəfindən birgə təşkil edilmiş Gomruk 2013 Proqramı cərcivəsində Avropa İttifaqının Şərq Sərhədlərində Gomruk Əməkdaşlığına dair Yuksək Səviyyəli Forum kecirilmişdir. Forumda Dovlət Gomruk Komitəsi sədrinin muavini, gomruk xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında numayəndə heyəti iştirak etmişdir.

***

BMT-nin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məsələlər üzrə Altkomissiyasının 43-cü sessiyası Noyabrın 15-21 tarixlərində Tehran şəhərində Birləşmiş Millətlər Təşkilatı Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məsələlər üzrə Altkomissiyasının 43-cü sessiyası keçirilmişdir. Tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi təşkil etmişdir. Sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mubarizə şöbəsinin rəisi Hacı Hacıyevin rəhbərlik etdiyi və Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, eləcə də Sərhəd Xidməti əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.

***

Nümayəndə heyətimiz Fransa Gömrük Xidmətinin mobil briqadalarla iş təcrübəsini öyrənib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Fransa Gömrük Xidmətinin mobil briqadalarla bağlı iş təcrübəsini öyrənmək üçün noyabrın 15-dən 22-dək Fransanın Roşel şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətinə DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı rəhbərlik etmişdir.

***

MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası Qəbələ şəhərində keçiriləcək Noyabrın 19-21 tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 48-ci iclası və sözügedən Şuranın yaranmasının 15 illiyinə həsr edilmiş yubiley tədbirləri keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

***

Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir Dekabrın 3-4 tarixlərində Türkiyənin Ankara şəhərində Azərbaycan və Türkiyə gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair görüş keçirilmişdir.

***

Ümumdünya Gömrük Forumu keçirilmişdir Dekabrın 4-5 tarixlərində Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının baş qərargahında "Təhlükəsiz ticarət yollarının idarə edilməsi və asanlaşdırmanın gələcəyi" mövzusunda Ümumdünya Gömrük Forumu-2008 keçirilmişdir. Тədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti də iştirak etmişdir.

***

Dekabrın 15-dən 25-dək Misir Ərəb Respublikasının Qahirə şəhərində Azərbaycan Gömrük Xidmətinin nümayəndələri üçün gömrük işi üzrə təlim kursu keçirilmişdir. Tədbiri Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondu təşkil etmişdir.



Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya