AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

05.04.1966 Yük nişanı haqqında 1966-cı il Beynəlxalq Konvensiyası

Yük nişanı haqqında 1966-cı il Beynəlxalq Konvensiyası


Sazişəgələn hökumətlər,

Beynəlxalq səfərlərə çıxan gəmilərin son yüklənmə həddinə dair, dənizdə insan həyatının və əmlakının mühafizəsinin gücləndirilməsinə kömək edən vahid prinsip və qaydalar müəyyən olunmasını arzu edərək, bu məqsədə çatmaq üçün Konvensiya bağlanmasını ən yaxşı üsul hesab edərək, aşağıdakılar haqqında razılığa gəlmişlər:

Maddə 1. Konvensiya üzrə ümumi təəhhüdlər

1. Sazişəgələn hökumətlər bu Konvensiyanın müddəalarını və həmin Konvensiyanın hissəsi olan Əlavələri həyata keçirməyi öhdələrinə götürürlər. Konvensiyaya hər hansı istinad etmə, eyni zamanda bu Əlavələrə istinad etmə deməkdir.

2. Sazişəgələn hökumətlər bu Konvensiyanın həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görəcəklər.

Maddə 2. Müəyyən etmələr

Əgər qabaqcadan başqa şərtləşmə yoxdursa, bu Konvensiyanın məqsədləri üçün:

1. «Qaydalar» bu Konvensiyaya əlavə edilmiş Qaydalar deməkdir.

2. «Müdiriyyət» gəminin bayrağı altında üzdüyü dövlətin hökuməti deməkdir.

3. «Bəyənilmişdir» yəni müdiriyyət tərəfindən bəyənilmişdir deməkdir.

4. «Beynəlxalq reys» bu Konvensiyanın şamil edildiyi ölkədən bu ölkənin hüdudlarından kənardakı limana və ya ölkəsinə yönələn dəniz reysinə deyilir. Bu mənada o ərazilərin ki, xarici əlaqələri üçün Sazişəgələn hökumət məsuliyyət daşıyır, yaxud onun Birləşmiş Millətlər Təşkilatı idarəedici hakimiyyətdir, belə əraziyə ayrıca dövlət kimi baxılır.

5. «Balıqçılıq gəmisi» — balıq, balina, suiti, morj və dənizlərin digər canlı ehtiyatlarının ovu ilə məşğul olan gəmi deməkdir.

6. «Yeni gəmi» — dedikdə, Sazişəgələn hökumətlərin hər biri üçün kili bu Konvensiyanın qüvvəyə mindiyi gün və ya həmin gündən sonra qoyulmuş yaxud qoyulma mərhələsində olan gəmi deməkdir.

7. «Mövcud gəmi» — yeni olmayan gəmi deməkdir.

8. «Uzunluq» suya oturma üzrə götürülən tam gəmi uzunluğunun 96%-i, su üzündə qalan bortun, kilin yuxarı kənarından ölçülən minimal nəzəri hündürlüyünün 85%-i, yaxud qabaq forştevenin ucundan ballera sükan oxunadək həmin su kəsimi üzrə, hansı çoxsa, gəmi uzunluğu deməkdir. Differentlə layihələşdirilmiş uzunluğun ölçüldüyü su kəsimi konstruktiv su xəttinə paralel olmalıdır.

Maddə 3. Ümumi müddəalar

1. Bu Konvensiyanın tətbiq edildiyi gəmi, əgər yoxlamadan keçməmişsə, ona yük nişanı vurulmamışsa və ona yük nişanı haqqında Beynəlxalq vəsiqə (1966) verilməmişsə, yaxud bu Konvensiyanın müddəalarına uyğun olaraq ona yük nişanının geri alınması haqqında Beynəlxalq vəsiqə verilməmişsə, həmin Konvensiya qüvvəyə mindikdən sonra belə gəmi beynəlxalq reysə çıxa bilməz.

2. Bu Konvensiyada heç nə müdiriyyətin Əlavə 1-də müəyyən edilmiş minimal suüstü bortdan daha böyük suüstü bort müəyyən etməsinə mane olmur.

Maddə 4. Tətbiq etmə

1. Bu Konvensiya tətbiq edilir:

a) hökumətləri Sazişəgələn hökumətlər olan ölkələrdə qeydiyyatdan keçmiş gəmilərə;

v) 32-ci maddəyə əsasən bu Konvensiyanın şamil edildiyi ərazilərdə qeydiyyata alınmış gəmilərə;

s) hökuməti Sazişəgələn hökumət olan dövlətin bayrağı altında üzən qeydiyyata alınmış gəmilərə.

2. Bu Konvensiya beynəlxalq reyslər keçirən gəmilərə tətbiq edilir.

3. Əlavə 1-dəki qaydalar başlıca olaraq yeni gəmilərə tətbiq edilir.

4. Əlavə 1-dəki qaydalara, yaxud onların hər hansı hissəsinin tələblərinə cavab verməyən mövcud gəmilər ən azı, Müdiriyyətin bu Konvensiya qüvvəyə minməzdə%3



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az