08.03.1996 Sərbəst ticarət haqqında Azərbaycan Respublikası hökuməti və Gürcüstan Hökuməti arasında Saziş
Sərbəst ticarət haqqında Azərbaycan Respublikası hökuməti və Gürcüstan Hökuməti arasında Saziş Bundan sonra «Razılaşan Tərəflər» adlanan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti, qarşılıqlı iqtisadi əməkdaşlığın sərbəst inkişafına meylli olmalarını təsdiq edərək, Azərbaycan Respublikasının və Gürcüstanın mövcud iqtisadi inteqrasiya əlaqələrini nəzərə alaraq, Azərbaycan Respublikası və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda əsasında inkişafına səy göstərərək, məhsulların və xidmətlərin sərbəst hərəkəti üçün qarşılıqlı razılaşdırılmış tədbirlər keçirilməsinin zəruriliyi fikri ilə razılaşaraq, Azərbaycan Respublikasının və Gürcüstanın iqtisadi əməkdaşlığının əsasları haqqında Bəyannamənin müddəalarını və hər bir dövlətin sərbəst xarici iqtisadi siyasət yeritməkdə suveren hüquqa malik olmasını əsas götürərək, iqtisadi fəallığın artmasına, məşğulluğun tam təmin edilməsinə, məhsuldarlığın yüksəldilməsinə və maddi ehtiyatlardan səmərəli istifadə edilməsinə kömək etmək məqsədilə, dünya ticarətinin artmasına və onun ahəngdar inkişafına kömək etməklə, onun inkişafı yolunda rast gələn maneələri aradan qaldırmağa cəld göstərərək, Azərbaycan Respublikasının və Gürcüstanın Ümumdünya Ticarət Təşkilatının və Ticarət və Tariflər üzrə Baş Sazişin (ÜTT/TTBS) Razılaşan Tərəfləri olmaq niyyətlərini təsdiq edərək, ÜTT/TTBS-nin məqsəd və prinsipləri ilə razılaşaraq və çoxtərəfli ticarət danışıqlarının Uruqvay mərhələsi çərçivəsində əldə edilmiş saziş və razılaşmaların nəticələrini diqqət mərkəzində saxlayaraq, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1 1. Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və ya idxalına ekvivalent təsir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etmirlər. Əgər Razılaşan Tərəflər lazım bilərsə, razılaşdırılmış mal nomenklaturu üzrə bu ticarət qaydalarından istisnalar hazırki Sazişin tərkib hissəsi sayılan sənədlərlə rəsmiləşdirilir. 2. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Razılaşan Tərəflərin ərazisindən gələn mallar dedikdə, beynəlxalq qaydalara müvafiq müəyyən olunan mallar başa düşülür. Maddə 2 Razılaşan hər bir Tərəf: Maddə 3 Razılaşan Tərəflər qarşılıqlı ticarətdə bu Saziş çərçivəsində aparılan mal ixracına və ya idxalına ayrı-seçkilik münasibətlərindən, kəmiyyət məhdudlaşdırmalarından və onlara ekvivalent digər tədbirlərdən imtina edəcəklər. Bu maddədə qeyd edilən kəmiyyət məhdudlaşdırmalarını birtərəfli qaydada və dürüst müəyyən olunmuş müddət ərzində aşağıdakı hallarda tətbiq etmək olar: Bu maddəyə müvafiq olaraq kəmiyyət məhdudlaşdırmaları tətbiq edən Razılaşan Tərəf imkan dairəsində, qabaqcadan Razılaşan digər Tərəfə qeyd edilən məhdudlaşdırmaların tətbiq olunmasının əsas səbəbləri, formaları və nəzərdə tutulan müddəti barədə tam məlumat verməlidir və bundan sonra məsləhətləşmələr təyin edilir və ayrıca protokol tərtib edilir. Bu maddənin 2-ci abzasına müvafiq olaraq məhdudlaşmalar tətbiq edilərkən yaranan bütün məsələləri Razılaşan Tərəflər məsləhətləşmələr yolu ilə həll etməyə çalışacaqlar. Bu maddəyə müvafiq olaraq tədbirlər seçilərkən Razılaşan Tərəflər onlardan bu Sazişin məqsədlərinə nail olmağa ən az mənfi təsir göstərənlərinə üstünlük verəcəklər. Maddə 4 Razılaşan Tərəflər mütəmadi olaraq aşağıdakı məlumatları mübadilə edəcəklər: Razılaşan Tərəflər milli qanunvericiliklərində bu Sazişin yerinə yetirilməsinə təsir göstərə biləcək hər hansı bir dəyişiklik barədə bir-birlərinə dərhal xəbər verirlər. Razılaşan Tərəflərin müvəkkil edilmiş orqanları belə məlumatların mübadiləsi qaydalarını razılaşdırırlar. Maddə 5 Razılaşan Tərəflər, onunla razıdırlar ki, malların təkrar ixracı yalnız ixracatçı ölkənin müvəkkil orqanının yazılı razılığı ilə mümkündür. Maddə 6 Razılaşan Tərəflər qüvvədə olan gömrük tarifləri və onlardan bütün istisnalar barədə bir-birlərinə məlumat verəcəklər. Maddə 7 Razılaşan Tərəflər keyfiyyətsiz iş təcrübəsinin bu Sazişin məqsədləri ilə bir araya sığmadığını təsdiq edir və əsasən onun aşağıdakı metodlarına, lakin istisna olmamaqla, yol verməyəcəklərini öhdələrinə götürürlər: Maddə 8 Razılaşan Tərəflər ikitərəfli iqtisadi münasibətlərin tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini həyata keçirərkən statistik məlumat mübadiləsi və gömrük prosedurlarının aparılması üçün Avropa İqtisadi Birliyinin Malların siyahıya alınması və kodlaşdırılmasının harmonizasiya edilmiş sisteminə və Kombinələşdirilmiş tarif-statistika nomenklaturuna əsaslanmış xarici iqtisadi fəaliyyətin vahid doqquzrəqəmli Mal nomenklaturundan istifadə edəcəkləri barədə razılaşdılar. Eyni zamanda, Razılaşan Tərəflər öz ehtiyacları üçün, zəruri hallarda Mal nomenklaturunu doqquz rəqəm hüdudlarından kənara da artırırlar. Mal nomenklaturunun etalon nüsxəsinin tətbiqi müvafiq beynəlxalq təşkilatlardakı mövcud nümayəndəlik vasitəsi ilə qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Maddə 9 Razılaşan Tərəflər tranzitin sərbəstliyi prinsipinə riayət edilməsinin bu Sazişin məqsədlərinə çatmağın mühüm şərti olmasına və onların beynəlxalq əmək bölgüsü və kooperasiya sisteminə qoşulması prosesinin əhəmiyyətli elementi olmasına razıdırlar. Bununla əlaqədar, milli təhlükəsizlik mənafelərinə toxunan hallardan başqa Razılaşan bir Tərəf Razılaşan digər Tərəfin gömrük ərazisindən, yaxud üçüncü ölkədən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi, yaxud üçüncü ölkə üçün nəzərdə tutulan malların öz ərazisindən maneəsiz keçməsini təmin edəcək və ixracatçıları, idxalçıları və mal daşıyıcılarını, yaxud istənilən üçüncü ölkənin ixracatçıları, idxalçıları və mal daşıyıcılarını, yaxud istənilən üçüncü ölkənin ixracatçıları, idxalçıları və mal daşıyıcılarını tranzit üçün zəruri olan vasitələrlə və xidmətlərlə təmin etməsi şərtlərindən pis olmayan şərtlər əsasında vasitələr və xidmətlərlə təmin edəcəkdir. Tərəflər, yük vurma-boşaltma işlərinin tarifi də daxil olmaqla, bütün nəqliyyat növlərinin tranziti üçün tariflərin iqtisadi əsaslandırılmış olmasına razıdırlar. Maddə 10 Bu Saziş istənilən Razılaşan Tərəfin öz həyati mənafeyinin müdafiəsi üçün vacib saydığı və onun iştirakçısı olduğu, yaxud olmaq istədiyi beynəlxalq müqavilələrin yerinə yetirilməsinə qeyd-şərtsiz zəruri olan beynəlxalq təcrübədə qəbul edilmiş tədbirləri görmək hüququna, əgər bu tədbirlər aşağıdakı məsələlərə toxunursa, mane olmur: Maddə 11 Razılaşan Tərəflər üçüncü ölkələrlə münasibətdə razılaşdırılmış ixracat siyasəti həyata keçirmək məqsədi ilə mütəmadi olaraq məsləhətləşmələr keçirəcək və səmərəli ixracat nəzarəti sisteminin yaradılması üçün qarşılıqlı razılaşdırılmış tədbirlər görəcəklər. Maddə 12 Bu Sazişin müddəaları Razılaşan Tərəflər arasında əvvəllər bağlanmış ikitərəfli sazişlərin müddəalarını o həddə əvəz edir ki, sonuncular ya birincilərlə ziddiyyətli olsun, ya da eyniyyət təşkil etsin. Maddə 13 Bu Sazişin müddəalarının şərhi və ya tətbiqi ilə əlaqədar Razılaşan Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Razılaşan Tərəflər qarşılıqlı ticarətdə münaqişə vəziyyətlərinə yol verməməyə çalışacaqlar. Razılaşan Tərəflər müəyyən edirlər ki, hər iki ölkənin təsərrüfat subyektləri arasında kommersiya müqavilələrinin, yaxud bağlaşmalarının şərhi və ya icrası ilə əlaqədar irad və mübahisələrin həlli, əgər onları dostcasına məsləhətləşmə və danışıqlar vasitəsilə yoluna qoymaq qeyri-mümkündürsə və əgər başqa hal nəzərda tutulmayıbsa, ya Razılaşan Tərəflərin ərazilərində, ya da müqaviləni imzalamış Tərəflərin müəyyənləşdirəcəyi üçüncü dövlətlərin ərazisində yaradılmış arbitraj məhkəmələrinin səlahiyyətlərinə aid olacaqdır. Arbitraj məhkəmələri tətbiq olunan maddi hüquqları, işlərə baxılmasının normaları, prosedurları, həmçinin onların keçiriləcəyi yeri müəyyənləşdirə bilərlər. Razılaşan hər bir Tərəf öz ərazisində arbitraj qərarlarının tanınması və yerinə yetirilməsi üçün səmərəli vasitələrin olmasını təmin edəcəkdir. Maddə 14 Bu Sazişin məqsədlərinin həyata keçirilməsi və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi üzrə tövsiyələr işlənib hazırlanması üçün Razılaşan Tərəflər birgə Azərbaycan - Gürcüstan komissiyasının yaradılması barədə razılığa gəldilər. Tərəflərdən birinin arzusu ilə bu komissiya Azərbaycan Respublikasında və ya Gürcüstanda toplaşa bilər. Maddə 15 Azərbaycan Respublikası ilə Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə ödənişlər və hesablaşmalar Sazişə müvafiq olaraq Razılaşan Tərəflərin müvəkkil bankları arasında aparılacaqdır. Maddə 16 Bu Sazişdə heç nə Razılaşan Tərəflərə bu Sazişin tərəfləri olmayan dövlətlərlə, həmçinin onların birlikləri ilə və beynəlxalq təşkilatlarla bu Sazişin məqsədləri və şərtlərinə zidd olmayan münasibətləri yaratmağa mane olmur. Maddə 17 Razılaşan Tərəflərin təqdir etməsi şərti ilə istənilən dövlət bu Sazişə qoşula bilər. Qoşulma şərtləri Razılaşan Tərəflərin və qoşulan dövlətlərin öz aralarında razılaşdırılır. Maddə 18 Bu Saziş Razılaşan Tərəflərin bütün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə yazılı bildirişlərinin mübadilə edildiyi tarixdən qüvvəyə minir. Saziş onun fəaliyyətinin dayandırılması barədə tərəflərdən birinin yazılı xəbərdar etdiyi tarixdən on iki ay keçənədək qüvvədə qalır. Tbilisi şəhərində, 1996-cı il martın 8-də hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki əsl nüsxədə hazırlanmışdır, həm də bütün mətnlər eyni qüvvəyə malikdirlər. Bu Sazişin hər hansı bir bəndinin şərhi zamanı fikir müxtəlifliyi olduqda rus dilində olan mətn əsas götürülməlidir. Azərbaycan Respublikası Gürcüstan Saziş Azərbaycan Respublikası Prezidentinin 16 aprel 1996-cı il tarixli 300 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»). © AzerSoft
Hökuməti adından
Hökuməti adından










