AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

27.11.1997 Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında valyuta və ixrac nəzarəti sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında

Saziş

Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti,

valyuta və ixrac qanunvericiliyi sahəsində pozuntularla mübarizənin səmərəsinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərərək, həmçinin beynəlxalq ictimaiyyətin qeyri-qanuni əldə edilmiş kapitalın leqallaşdırılmasına qarşı mübarizə səylərinə xüsusi əhəmiyyət verərək,

valyuta və ixrac nəzarətini həyata keçirən səlahiyyətli orqanlar arasında əməkdaşlığın vacibliyini etiraf edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflərin səlahiyyətli orqanları aşağıdakıları həyata keçirəcəklər:

1. bu məlumatların mübadiləsi:

    • hüquqi xarakterli (valyuta, idxal-ixrac və başqa xarici iqtisadi əməliyyatlar sahəsindəki milli qanunvericilik);
    • Tərəflərin valyuta, idxal-ixrac və başqa xarici iqtisadi əməliyyatlar sahəsindəki qanunvericiliyinə əməl olunmasına nəzarət sisteminin yaradılması və fəaliyyəti üzrə;
    • valyuta, idxal-ixrac və başqa xarici iqtisadi əməliyyatları tənzimləyən milli qanunvericiliklərin pozulması barədə.

2. valyuta, ixrac və başqa xarici iqtisadi əməliyyatları həyata keçirərkən Azərbaycan Respublikasının və Moldova Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən milli qanunvericiliyin pozulması hallarının birgə üzə çıxarılması və qarşısının alınması üzrə əməkdaşlıq.

3. valyuta və ixrac nəzarəti sahəsində Tərəflərin qarşılıqı maraqlarına toxunan problemlər üzrə birgə analitik tədqiqatların aparılması.

4. aşağıdakı məsələlərdə köməklik göstərilməsi:

    • valyuta və ixrac nəzarəti sahəsində mütəxəssislərin hazırlanmasında;
    • valyuta və ixrac nəzarəti sahəsində vəzifələrin həllini təmin edən məlumat sistemlərinin yaradılmasında.

Maddə 2

Tərəflər məlumatın verilməsinin aşağıdakı qaydalarını müəyyənləşdirirlər:

1) məlumat mübadiləsi sorğu əsasında yerinə yetirilir;

2) sorğu yazılı şəkildə verilir;

3) sorğuya bu məlumatlar daxil edilməlidir:

    • soruşan orqanın adı;
    • sorğu göndərilən orqanın adı;
    • sorğunun, zəruri halda təsdiqedici sənədlərin surətləri əlavə edilməklə, əsaslandırılması.

4) zəruri halda, bu Saziş çərçivəsində alınan məlumatların üçüncü tərəfə verilməsi üçün həmin məlumatları verən Tərəfdən yazılı razılığın alınması tələb olunur.

Maddə 3

Praktiki köməklik aşağıdakı yolla göstəriləcəkdir:

  • işçi vizitlərin təşkilinə, hüquqi statusları və vəzifələri Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyənləşdirilən nümayəndələrin mübadiləsinə yardım edilməsi;
  • seminarların keçirilməsi;
  • metodiki tövsiyələrin işlənib hazırlanması və mübadiləsi.

Maddə 4

Bu Sazişin reallaşdırılması üçün hər iki Tərəfin valyuta və ixrac nəzarətini həyata keçirən səlahiyyətli orqanları onun həyata keçirilməsi qaydaları və qarşılıqlı münasibətlərin konkret istiqamətlər üzrə inkişafı barədə protokollar imzalayırlar.

Maddə 5

Tərəflər əməkdaşlığı qanunçuluq, qarşılıqlılıq, operativlik və məxfilik prinsiplərinə əsasən həyata keçirirlər.

Maddə 6

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirmələrini təsdiq edən son yazılı xəbərdarlıq göndərilən tarixdən qüvvəyə minir.

Maddə 7

Bu Saziş qeyri-müəyyən müddətə bağlanır.

Sazişin qüvvəsi Tərəflərdən birinin digər Tərəfdən Sazişə xitam verməsi niyyəti barədə yazılı xəbərdarlıq aldığı gündən altı ay keçdikdən sonra dayandırılır .

Bakı şəhərində 1997-ci il noyabrın 27-də hər biri Azərbaycan, moldav və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarından hər hansı biri şərh edildiyi halda rus dilində olan mətn əsas götürülür.

Azərbaycan Respublikası
Hökuməti adından

Moldova Respublikası
Hökuməti adından


22 noyabr 1998-ci il tarixli 21 sayla Sərəncamla təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az