AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

006 / 30.01.2009 «Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları»na əlavələr

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3433
11 fevral 2009-cu il
Nazir
Fikrət MƏMMƏDOV
«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 006
30 yanvar 2009-cu il
Sədr
Aydın ƏLİYEV


«Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları»na edilmiş əlavələr və dəyişikliklər

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 11 noyabr 1998-ci il tarixli, 065 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24 oktyabr 1998-ci il tarixdə 134 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. Ümumi müddəalar bölməsinin 1.1-ci bəndinin ikinci abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:
«İxtisas attestatı almış fiziki şəxslər hər üç ildən bir yenidən attestasiyadan keçirilə bilər.
Attestasiya Dövlət Gömrük Komitəsi tərəfindən keçirilir.
İxtisas attestatı olan və növbəti attestasiyadan keçməyən şəxs gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilməz.»;
Həmin bəndin üçüncü abzasından «və» «Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının» sözləri çıxarılsın;
1.2. 2.3 bəndin birinci-üçüncü abzaslarında, 4.3-cü bəndin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında «müsabiqə» sözü ismin müvafiq hallarında «müsahibə» sözü ilə əvəz edilsin;
1.3. 3.1-ci bənddən «müəyyən olunmuş müddət ərzində» sözləri çıxarılsın;
1.4. 3.2-ci və 3.3-cü bəndlər çıxarılsın;
1.5. 3.4-cü bənddə «bac» sözü «yığım» sözü ilə əvəz edilsin;
1.6. 4.2-ci bənddə «həmin əməkdaşın pasport məlumatları;» sözləri «həmin əməkdaşın şəxsiyyət vəsiqəsinin surəti;» sözləri ilə əvəz edilsin;
1.7. 4.5-ci bənddə «edilən müsabiqənin» sözləri «keçirilən müsahibənin» sözləri ilə əvəz edilsin;
4.9-cu bənddə «İxtisas» sözündən sonra «attestatı» sözü əlavə edilsin;
1.9. 5.2-ci bəndində «familiyası» sözü «soyadı» sözü ilə əvəz edilsin, beşinci abzası çıxarılsın və altıncı abzasında «qeydiyyat» sözündən sonra «seriyası,» sözü əlavə edilsin;
1.10. 6.2-ci bənddə «vəzifələrindən savayı» sözləri «vəzifələrə zidd olan» sözləri ilə əvəz edilsin;
1.11. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
«Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün əsas götürülmüş məlumatın yanlış olduğu və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkara çıxarsa, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ixtisas attestatı ləğv edilir.»
1.12. 8.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
«Attestatın ləğv edilməsi haqqında qərar qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.»;
1.13. 9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«Attestatın geri alınması qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Geri alınma bu barədə qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.»
1.14. 10-cu bölmə çıxarılsın.
2. Qaydaların 1 №-li Əlavəsindən «attestatın qüvvədə olma müddəti _______ tarixə qədər» sözləri çıxarılsın.

© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az