AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8036

 

EUR   1.0494

GBP   1.2541

 

CHF   0.7726

TRY   0.5311

GEL   0.4367

 

RUR                             0.0266  




№065 / 23.06.2009 "Mədəniyyət sərvətlərinin gömrük sərhədindən keçirilməsi Qaydaları"

 
 Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
065 saylı 23 iyun 2009-cu il tarixli
əmri ilə təsdiq edilmiş,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
tərəfindən qeydiyyata alınmışdır


Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının
mrük sərdindən keçirilməsi
Q A Y D A L A R I
 
1.    Ümumi müddəalar      
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə,  «Mədəniyyət haqqında», «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında», «Milli arxiv fondu haqqında», «Muzeylər haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»na, «Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və ondan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1998-ci il tarixli, 204 nömrəli, «Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası»nın təsdiq edilməsi haqqında 6.03.2000-ci il tarixli, 32 nömrəli, «Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası»nın təsdiq edilməsi haqqında 12.08.1999-cu il tarixli, 130 nömrəli və «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya  məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə 31.05.2001-ci il tarixli, 105 nömrəli qərarlarına və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına əsasən hazırlanmışdır və fiziki və hüquqi şəxslər, həmçinin Azərbaycan Respublikasının gömrük ərazisində gömrük güzəştlərindən istifadə edən xarici şəxslər (bundan sonra şəxslər) tərəfindən mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsini tənzimləyir.   
 1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilmişdir:
mədəniyyət sərvətləri «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kateqoriyalara aid edilən, dünyəvi və dini xarakterli, tarixi-bədii əhəmiyyətə malik əşyalar; 
muzeyfondu - Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu;
 
kitabxana fondu ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu;
 
milliarxivfondu -növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu;
 
mədəniyyət sərvətlərinin gətirilməsi/aparılması - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada beynəlxalq poçt göndərişləri də daxil olmaqla mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya Azərbaycan Respublikasının gömrük ərazisindən   aparılması;
 
1.3. Milli və bəşəri əhəmiyyətli nadir mədəniyyət sərvətləri, həmçinin muzeylərdə, kitabxanalarda, fondlarda, sərgilərdə və arxivlərdə saxlanılan mədəniyyət sərvətləri dövlətin mühafizəsi altında saxlanılır və «Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin mühafizə siyahısı»nda onların qeydə alınması qaydası müəyyən edilmişdir.
Bu mədəniyyət sərvətlərinə muzey fondunun kolleksiyaları, Milli kitabxananın fondu, Milli arxiv fondunun sənədləri, qeyri-hökumət təşkilatlarında və ayr-ayrı şəxslərdə saxlanılan və dövlət uçotuna götürülmüş qiymətli tarixi sənədlər, xalq tətbiqi yaradıcılıq nümunələri, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər milli mədəniyyət əmlakı daxildir.
1.4. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilən mili mədəniyyət əmlakı obyektlərinə şamil edilir.
Milli mədəniyyət əmlakı olan sərvətlər Azərbaycan Respublikasının gömrük ərazisindən kənara, yalnız müvəqqəti sərgi, qastrol səfərləri, prezentasiya, bərpa işləri və beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi zamanı bir qayda olaraq il ərzində altı aydan çox olmamaq şərti ilə buraxılır.
Milli arxiv fonduna daxil olan sənədlərin orjinalları və ya onları əvəz edən nüsxələri müəyyən olunmuş qaydada ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilər.
1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi və komissiyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər. 
Dövlət büdcəsinə mədaxil edilmək üçün gömrük rüsumu mədəniyyət sərvətlərinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirən gömrük orqanının kassasına ödənilir.
1.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş icazə sənədi Azərbaycan Respublikasının gömrük orqanına təqdim olunduqdan sonra mədəniyyət sərvətləri Azərbaycan Respublikasının gömrük ərazisindən sərbəst ixrac edilə (çıxarıla) bilər.
Mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin şəhadətnaməsi olmadıqda onların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması qadağandır.
1.7. Azərbaycan Respublikasının gömrük sərhədindən mədəniyyət sərvətlərini müvəqqəti keçirən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gömrük orqanına onların geri qaytarılması haqqında öhdəlik təqdim etməlidir.
1.8. Şəhadətnamənin və ya sərbəst istifadə üçün icazənin olması, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün hüquqi və ya fiziki şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin gömrük orqanlarına təqdim edilməsindən azad etmir.  
1.9. Şəhadətnamələrin və sərbəst istifadə üçün icazənin nümunələri xidməti işdə istifadə olunması üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilir.
Yuxarıda qeyd edilən sənədlərə əlavə və dəyişiklik edildikdə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məlumatlandırılır. 
Şəhadətnamənin müddəti keçdikdə, yeni şəhadətnamənin təqdim edilməsi tələb olunur.
1.10. Mədəniyyət sərvətləri Azərbaycan Respublikasının gömrük ərazisindən aparılarkən gömrük eyniləşdirilməsinin aparılması üçün şəhadətnamədə və sərbəst istifadəyə dair icazədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- mədəniyyət sərvətinin adı;
- hazırlanma texnikası;
- materialı;
- ölçüsü;
- hazırlandığı tarix;
- dəyəri;
- şəhadətnamə verilən mədəniyyət sərvətlərinin mühafizə dərəcəsi (qabaqlayıcı, konservasiya, bərpa, xüsusi);
- aparılması barədə rəy;
- şəhadətnamə verilən mədəniyyət sərvətlərinin xüsusi rejimi (müvəqqəti, geri qaytarma müddəti, aparılma məqsədi (sərgi, prezentasiya, bərpa və s.); 
- şəhadətnamə verilən mədəniyyət sərvətlərinin şəkili;
- mədəniyyət sərvətinə verilən şəhadətnamənin istifadə müddəti.
1.11. Mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri (onun sərbəst istifadəsinə dair icazə sənədi olduqda) sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıla bilər. 
1.12. Qiymətli metallardan və qiymətli daşlardan ibarət olan mədəniyyət sərvətlərinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti bu Qaydalarla müəyyən edilmiş müddəalara uyğun olaraq, qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının tələblərinə əməl etməklə həyata keçirilir.
1.13. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.
1.14. Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri müəllifin sağlığında və vəfatından sonrakı otuz il ərzində onun əsərlərinə şamil edilmir.
2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətlərinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
2.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətləri gömrük orqanına mütləq yazılı formada bəyan edilməlidir.
Bəyan edilmənin qaydası və gömrük bəyannaməsinin forması Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilir.
2.2. Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilməməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır.
2.3. Şəxslər gömrük bəyannaməsi ilə bərabər gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün lazım olan sənədləri gömrük orqanına təqdim etməlidirlər.
Sənədlərin siyahısı Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilir.
2.4. Mədəniyyət sərvətləri Azərbaycan Respublikasının gömrük ərazisindən aparılarkən şəxslər bu Qaydaların 2.3-cü bəndində göstərilən bəyannamə, həmçinin sənədlərlə yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 (iki) nüsxədən ibarət mühafizə şəhadətnaməsini və ya sərbəst istifadə üçün icazəni gömrük orqanına təqdim etməlidirlər.
Gömrük nəzarəti mühafizə şəhadətnaməsinin və ya sərbəst istifadə üçün icazənin orjinalı əsasında həyata keçirilir.
2.5. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mədəniyyət sərvətləri, təqdim edilən şəhadətnamədə, sərbəst istifadəyə dair icazə və bu Qaydaların 2.3-cü bəndində göstərilən digər sənədlərdəki məlumatlarla tutuşdurulur, şəhadətnamənin və ya sərbəst istifadə üçün icazənin orjinalında müvafiq qeydlər aparılır (aparılma tarixi, faktiki keçirilən mədəniyyət sərvətlərinin sayı və s.).     
Müvafiq qeydlər gömrük orqanı əməkdaşının şəxsi nömrəli möhürü ilə təsdiq edilir.
2.6. Şəhadətnamənin və ya sərbəst istifadə üçün icazənin orjinalı mədəniyyət sərvətlərinin siyahısı və fotoşəkilləri ilə birlikdə gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini aparmış gömrük orqanının işində saxlanılır.
Şəhadətnamənin və ya sərbəst istifadə üçün icazənin 2-ci nüsxəsi, ona əlavə edilmiş siyahı və fotoşəkillər mədəniyyət sərvətlərinin sahibinə qaytarılır.
2.7. Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan mədəniyyət sərvətləri şəhadətnamədəki və ya icazədəki rekvizitlərlə uyğunsuzluq təşkil etdikdə, mədəniyyət sərvətləri saxlanılır və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbir görülür.
2.8. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya mülki dövriyyədən çıxarılmış mədəniyyət sərvətləri aşkar edildikdə, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya Azərbaycan Respublikasında mülki dövriyyədən çıxarılmış mədəniyyət sərvətlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.9. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətlərinin digər ölkədən qeyri-qanuni çıxarıldığı və ya əldə olunduğu haqda müvafiq ölkələrin aidiyyəti orqanlarından məlumat daxil olarsa, gömrük orqanları həmin mədəniyyət sərvətlərini saxlayır.
Müəyyən edilmiş fakt üzrə gömrük orqanları tərəfindən zərurət yaranarsa, digər səlahiyyətli dövlət orqanları ilə birgə zəruri tədbirlər həyata keçirilir.
2.10. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına qoyulmuş qadağalar və ya məhdudiyyətlər səbəbindən buraxılmayan mədəniyyət sərvətləri (qaçaqmalçılıq və gömrük qaydalarının pozulması əlamətləri yoxdursa) sahibi tərəfindən gömrük orqanına saxlanca verilə və ya geriyə qaytarıla bilər. Saxlanc müddəti Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Saxlanc müddəti başa çatanadək sahibi və ya onun təmsilçisi tərəfindən tələb edilməyən mədəniyyət sərvətləri haqqında gömrük orqanları tərəfindən qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbir görülür.
2.11. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara geri qaytarılmaq şərti ilə aparılmış mədəniyyət sərvətlərinin həmin ölkələrin ərazisində daimi saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.
2.12. Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçirilən mədəniyyət sərvətlərinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Azərbaycan Respublikasının tranzit daşımaları haqqında normativ-hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.      
2.13. Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə gömrük vergi və rüsumları ödənilmir.
Azərbaycan Respublikasının ərazisindən aparılan və qaytarılan arxiv sənədlərinin orjinalları və ya onları əvəz edən nüsxələrə görə gömrük rüsumları tutulmur.
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya