«QEYDƏ ALINMIŞDIR»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat № 2731
«07» dekabr 2001-ci il
Nazir
F.MƏMMƏDOV
|
«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr№ 108
«29» noyabr 2001-ci il
Sədr
K.HEYDƏROV
|
Malların və nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük müşayiəti haqqında
Əsasnamə
Bu Əsasnamə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 134-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının gömrük
qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədilə işlənib hazırlanmışdır.
«Malların və nəqliyyat vasitələrinin gömrük müşayiəti haqqında
Əsasnamə» malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin,
eləcə də tranzit gömrük rejimi altında yerləşdirilən malların və
nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanları
arasında gömrük nəzarəti altında gömrük müşayiəti Qaydalarmı müəyyən
edir.
Ümumi müddəalar
1. Malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük
müşayiəti - malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin
gömrük nəzarəti altında keçirilməsi zamanı gömrük işi haqqında
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə riayət olunması,
Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxslərinin
malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük
orqanının qərarı əsasında müşayiət olunmasının təmin edilməsindən
ibarət tədbirlərdir.
Malların gömrük müşayiətini gömrük orqanlarının vəzifəli şəxsləri həyata keçirirlər.
Azərbaycan Respublikasının Beynəlxalq müqavilələrində digər hallar nəzərdə tutulmamışsa gömrük müşayiəti yalnız Azərbaycan
Respublikasının gömrük ərazisində tətbiq edilir.
2. Gömrük müşayiəti zamanı malların, nəqliyyat vasitələrinin
və onlara dair sənədlərin daşınması hallarında gömrük işi ilə bağlı
gömrük qanunvericiliyinin təmin olunması məqsədilə digər tədbirlər
(nəqliyyat vasitəsinin tələb olunan təchizat şərtindən başqa), o
cümlədən gömrük ödənişlərinin ödənilməsinin təmin olunması tətbiq
edilmir.
3. 3. İstisna hallarda, gömrük işi haqqında Azərbaycan
Respublikası qanunvericiliyinə riayət olunmasının təmin edilməsi
məqsədilə keçirilən mallara gömrük ödənişlərinin və digər tədbirlərin
tətbiq edilməsi hallarında da Azərbaycan Respublikasının gömrük
qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq
Müqavilələri və gömrük işi haqqında Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada birbaşa gömrük
müşayiəti tətbiq oluna bilər.
4. Malların gömrük müşayiəti zamanı daşıyıcı, alıcı və ya
malları göndərən üçün yaranmış xərclər gömrük orqanı tərəfindən
ödənilmir.
5. Bu Əsasnamədə aşağıdakı əsas anlayışlar istifadə edilmişdir:
a) gömrük müşayiət dəstəsi (GMD)- bu Əsasnaməyə əsasən malları,
nəqliyyat vasitələrini və onlara dair sənədləri müşayiət edən gömrük
orqanının bir və ya bir neçə vəzifəli şəxsi;
b) nəqliyyat vasitələri - malların daşınması üçün istifadə olunan istənilən vasitələr, o cümlədən:
dəniz və çay gəmiləri (barj, lixter və digər üzən vasitələr); -
hava gəmiləri (o cümlədən təyyarələr, vertolyotlar və s.);
yol nəqliyyat vasitələri (o cümlədən qoşqu və yarımqoşqular);
hərəkətedən dəmiryolu qatarı (vaqonlar, sisternalar, platformalar);
tranzit mallar - tranzit gömrük rejiminə uyğun olaraq gömrük nəzarəti altında daşınan mallar;
q) müşayiət olunan mallar, nəqliyyat vasitələri və onlara dair
sənədlər - gömrük müşayiəti altında daşınan mallar, nəqliyyat
vasitələri və onlara dair sənədlər.
6. Müşayiət olunan mallara, nəqliyyat vasitələrinə və onlara dair sənədlərə gömrük nəzarəti gömrük işi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının normativ - hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
7. Daşıyıcı malların gömrük müşayiəti ilə gömrük nəzarəti
altında daşınması zamanı öz vəzifələrini yerinə yetirmədiyi hallarda
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq gömrük orqanları
qarşısında məsuliyyət daşıyır.
II. Gömrük müşayiətinə dair qərar
8. Azərbaycan Respublikasının gömrük orqanı aşağıdakı hallarda gömrük müşayiəti haqqında qərar qəbul edir:
Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və bu ərazidən aparılması qadağan olunmuş mallar keçirildikdə;
əgər sərhəd gömrük orqanı tərəfindən sərhəd müvəqqəti saxlanc
anbarlarında mallara baxış keçirilməsi barədə qərar qəbul edilmişsə;
daşıyıcının və ya onun nəqliyyat vasitəsinin gömrük işi haqqında
Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunacağına zəmanət
verə bilməməsi haqda kifayət qədər əsaslar olduğu halda;
gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi və
normativ hüquqi aktlarında nəzərdə tutulmuş digər hallarda.
9. Malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin
Beynəlxalq Yük Daşımaları prosedurasına uyğun daşınması zamanı gömrük
orqanı xüsusi hallarda yüklərin beynəlxalq daşımaları haqqında
(Beynəlxalq Yük Daşımaları (BYD) kitabçası tətbiq edilməklə yüklərin
beynəlxalq daşınması haqqında Gömrük Konvensiyası, 1975) Gömrük
Konvensiyasının 23 maddəsinə uyğun Beynəlxalq Yük Daşımalarının
kitablarından istifadə edilməklə və Azərbaycan Respublikasının gömrük
işi haqqında qanunvericilik aktlarına əsasən gömrük müşayiəti haqqında
qərar qəbul edir.
10. Malların, nəqliyyat vasitələrinin və onlara dair
sənədlərin gömrük müşayiəti haqqında qərar qəbul edildiyi zaman
aşağıdakılar da nəzərə almır:
mallar haqqında məlumatlar (mənşə ölkəsi, vergiödəmə dərəcəsi, eyniləşdirmə vasitələrinin qoyulmasının mümkünlüyü)
malın dəyəri;
daşınma marşrutu;
gömrük nəzarəti məqsədləri üçün daşıyıcı, göndərən, alıcı haqqında məlumatlar;
nəqliyyatın növü;
malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük
orqanı tərəfindən müəyyən edilmiş yerə çatdırılmamasına səbəb olan
digər faktorlar, eləcə də gömrük işi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinin və gömrük işi ilə bağlı qəbul
edilmiş normativ aktların pozulması halları.
11. Gömrük müşayiəti haqqında qərar Azərbaycan Respublikası
gömrük orqanının struktur bölməsinin vəzifəli şəxsinin raportu əsasında
gömrük orqanının rəisi və ya onun müavini tərəfindən qəbul edilir.
12. Gömrük müşayiəti gömrük orqanının rəisinin və ya onun müavinin əmrinə əsasən təşkil olunur.
Müşayiət olunan malların, nəqliyyat vasitələrinin və onlara
dair sənədlərin 50 km məsafədə və ya bir gömrük orqanının fəaliyyət
bölgəsində daşınması bu Əsasnamənin 11 bəndində müəyyən edilmiş qaydada
gömrük müşayiəti haqqında qərarın əsasında gömrük orqanının rəisinin
əmri olmadan həyata keçirilir.
13. Gömrük müşayiəti haqda qərar müşayiət dəstəsi olan gömrük
orqanının rəisi və ya onun müavini tərəfindən bu Əsasnamədə nəzərdə
tutulmuş qaydada yalnız gömrük müşayiətinə görə gömrük ödənişlərinin
ödənildiyi və ya təmin edildiyi haqda kifayət qədər məlumat olduğu
halda qəbul edilə bilər.
14. Gömrük müşayiəti haqqında gömrük orqanının qərarı malları göndərən, alan və daşıyıcı üçün məcburidir.
III. Malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük müşayiətinin təşkili
15. Gömrük müşayiətini Azərbaycan Respublikasının göndərən gömrük
orqanı və ya digər gömrük orqanı təşkil edə bilər. Gömrük müşayiəti
göndərən gömrük orqanı deyil, digər gömrük orqanı tərəfindən o zaman
təşkil oluna bilər ki, müşayiət olunan mallar, nəqliyyat vasitələri və
onlara dair sənədlər bu gömrük orqanının fəaliyyət zonasında yerləşmiş
olsun və ya həmin gömrük orqanı təyinat gömrük orqanı olsun. Gömrük
müşayiətinin təşkil olunmasına dair məsuliyyət bu haqda qərar qəbul
etmiş gömrük orqanının rəisi və ya onun müavininin üzərinə düşür.
16. Malları göndərən gömrük orqanı deyil, digər gömrük orqanı
gömrük müşayiətinin təşkil olunması haqda qərar qəbul etməzdən əvvəl
göndərən gömrük orqanını bu barədə məlumatlandırır, razılıq alındığı
halda təyinat gömrük orqanına operativ əlaqə vasitəsi ilə xəbər verir.
17. Göndərən gömrük orqanından təyinat gömrük orqanına gömrük müşayiətini bir qayda olaraq bir gömrük müşayiət dəstəsi (GMD)
həyata keçirir.
Müəyyən edilmiş marşrut üzrə malların, nəqliyyat vasitələrinin
və onlara dair sənədlərin gömrük müşayiətini həyata keçirən gömrük
müşayiət dəstəsinin (GMD) digər gömrük müşayiət dəstəsi ilə əvəz
olunmasına ilkin müşayiəti həyata keçirən GMD-nin sonrakı müşayiətinin
mümkün olmadığı və ya məqsədəmüvafiq olmadığı halda yol verilir.
18. Gömrük orqanının rəisi və ya onun müavini müşayiət üçün
gömrük ödənişləri ödənildikdən və ya bu ödənişin təmin olunmasını
təsdiq edən sənədlər təqdim olunduqdan sonra gömrük müşayiəti haqqında
qərar qəbul edir və ya tələb olunduqda əmr verildikdən 1 gündən gec
olmamaq şərtilə gömrük müşayiəti təşkil olunmalıdır.
19. Gömrük müşayiət dəstəsi daşıyıcının, eləcə də gömrük
orqanının nəqliyyat vasitələrində gömrük müşayiətini həyata keçirə
bilər.
20. Gömrük müşayiəti haqqında qərar qəbul edildikdən sonra
müvafiq raportun üstü gömrük orqanının rəisi və ya onun müavini
tərəfindən yazılmaqla bu müşayiət barədə əmr hazırlanması, sənədlərin
toplanması və gömrük müşayiət dəstəsinin yaradılması üçün gömrük
orqanının aidiyyatı struktur bölmələrinə göndərilir.
21. Struktur gömrük orqanının rəisi aşağıdakıları həyata keçirir:
daşınan malların sayı, növü, daşınma xüsusiyyətləri, xarakteri və
digər hallardan asılı olaraq gömrük müşayiət dəstəsinin (GMD) tərkibini
təyin edir;
gömrük müşayiət dəstəsində
iştirak edən əməkdaşların sayı 1 nəfərdən artıq olduqda bu müşayiət
dəstəsinin başçısını təyin edir;
GMD-nin silah və sursatla təmin olunması, o cümlədən nəqliyyat vasitəsi
və rabitə əlaqəsi ilə təchiz olunması barədə qərar qəbul edir (zəruri
hallarda);
GMD-nin hərəkət marşrutunu,
malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin təyinat
yerinə çatdırıldığı zaman qəbul edilməsi üçün vaxt və yer təyin edir;
GMD-nin vəzifəli
şəxslərini gömrük müşayiəti qaydaları, eləcə də onların hüquq və
vəzifələri barədə və malların gömrük müşayiəti zamanı təhlükəsizlik
tədbirləri barədə təlimatlandırır;
gömrük müşayiət dəstəsi malların gömrük müşayiəti zamanı gömrük
müşayiətini təşkil etmiş gömrük orqanı ilə və hərəkət zamanı
yaxınlıqda olan gömrük orqanları ilə əlaqə saxlamaq qaydaları ilə təlimatlandırılır;
GMD-nin başçısına bütün lazımi sənədləri təqdim edir.
22. Əmrdə aşağıdakılar qeyd olunmalıdır:
GMD-nin tərkibi və dəstənin rəhbərinin adı, soyadı, atasının adı;
hərəkət marşrutu;
silahın sayı barədə məlumat (onun tipi, sayı, nömrəsi, sursatın sayı);
digər lazımi məlumatlar.
23. GMD gömrük müşayiətini həyata keçirmək üçün aşağıdakı sənədlərlə təmin olunmalıdır:
qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair aktın blankları
(malların tranzit gömrük rejimi haqqında Əsasnamə 29.04.1999- cu il
tarixli, 031 saylı Əmr);
gömrük müşayiətini təşkil edən gömrük orqanı tərəfindən gerbli möhürlə təsdiq edilmiş ezamiyyə vərəqələri;
geyim ləvazimatları və xüsusi vasitələr.
IV. Malların gömrük müşayiəti zamanı sənədlərin rəsmiləşdirilməsi qaydası
24. Göndərən gömrük orqanının vəzifəli şəxsi malları, nəqliyyat
vasitələrini və onlara dair sənədləri müvafiq qaydada tərtib edir.
25. Müşayiət olunan malların və nəqliyyat vasitələrinin
rəsmiləşdirilməsi zamanı göndərən gömrük orqanının vəzifəli şəxsi
tranzit gömrük bəyannaməsinin bütün nüsxələrində və ya malların
çatdırılmasına dair tərtib olunmuş daşınma cədvəlində və ya BYD
kitabçasının kəsilən vərəqində, o cümlədən gömrük nəzarəti və gömrük
məqsədləri üçün tələb olunan digər sənədlərdə (nəqliyyat, mal müşayiət
sənədləri və s.)
Gömrük müşaiyyəti haqqında müvafiq qeydiyyat aparır.
Tranzit malların daşınması zamanı qeydiyyat tranzit
bəyannaməsinin «D» qrafasında aparılır, gömrük müşaiyyətinin təşkilinə
dair əmrin nömrəsi isə tranzit bəyannaməsinin 52-ci qrafasında qeyd
olunur.
Malların Azərbaycan Respublikasına gömrük nəzarəti altında
çatdırılması zamanı gömrük müşaiyyəti haqqında qeyd göndərən gömrük
orqanı tərəfindən tərtib edilən «Daşınma cədvəllərində» aparılır və
gömrük müşaiyyətinin təşkil olunması haqqında əmrin nömrəsi göstərilir.
BYD prosedurası tətbiq edilməklə malların daşınması zamanı
BYD kitabçalarının kəsilən 1-ci və 2-ci vərəqələrində qeydiyyat
aparılır və gömrük müşaiyyətinin təşkil olunması haqqında əmrin nömrəsi
göstərilir.
26. Müşayiət olunan mallar, nəqliyyat vasitələri və onlara
dair sənədlər rəsmiləşdirildikdən sonra göndərən gömrük orqanının
vəzifəli şəxsi aşağıdakıları həyata keçirir:
gömrük müşayiətinə aid malların, nəqliyyat vasitələrinin və
onlara dair sənədlərin təhvil-təslim edilməsi haqda (hər mal partiyası
üçün tranzit bəyannaməsi, «Daşınma cədvəli» BYD kitabçası) 3 nüsxədən
ibarət akt tərtib edir və şəxsi nömrəli möhürü və imzası ilə təsdiq
edir, həmin nüsxələrin hər birində gömrük müşayiət dəstəsinin (GMD)
rəhbərinə imza etdirir.
Gömrük müşayiət dəstəsinin (GMD) rəhbərinə müvafiq olaraq
tranzit yük gömrük bəyannaməsinin 2-ci və 3-cü nüsxələrini, «Daşınma
cədvəli»nin nüsxəsini, BYD kitabçası bu Qaydaların 25-ci bəndinə əsasən
mallara dair rəsmiləşdirilmiş gömrük məqsədləri üçün sənədləri,
təhvil-təslim aktının 2-ci və 3-cü nüsxələri təqdim olunur; təhvil-
təslim aktının 1-ci nüsxəsi və əmr göndərən gömrük orqanında qalır.
27. Mallar və nəqliyyat vasitələri təyinat yerinə, gömrük
müşayiət dəstəsinin əvəz olunacağı yerə, yaxud fəaliyyət zonasında
GMD-nin dəyişdiriləcəyi yer olan gömrük orqanına çatdırıldığı zaman
gömrük nəzarət zonasında yerləşdirilməlidir.
Təyinat yerinə çatdıqdan sonra GMD-nin rəhbəri nəqliyyat
vasitələrini və onlara dair sənədləri, müşayiət olunan mallara dair
sənədləri təyinat gömrük orqanının vəzifəli şəxsinə təhvil verir, həmin
gömrük orqanının vəzifəli şəxsi ilə birlikdə nəqliyyat vasitələrinə
tətbiq edilmiş eyniləşdirmə vasitələrini və yükləmə yerlərini
yoxlayırlar.
Mal və nəqliyyat vasitələrində eyniləşdirilmə vasitələri
zədələndikdə və ya yükləmə yerlərində yerləşdirilən mallara toxunulma
hallarında, və ya sənədlər itirildikdə GMD-nin iştirakı ilə həmin
mallara baxış keçirilir və bu barədə akt tərtib olunur.
Baxış keçirildiyi halda həmin baxış aktının bir nüsxəsi GMD-nin rəhbərinə təqdim olunur.
28. Fəaliyyət zonasında GMD-nin gəldiyi yer olan gömrük
orqanının vəzifəli şəxsi və GMD-nin rəhbəri mal və nəqliyyat vasitələri
və onlara dair sənədlərin təhvil-təslim edilməsi haqda aktın 2-ci və
3-cü nüsxələrində müvafiq qeydlər edirlər.
Təhvil - təslim aktının 2-ci nüsxəsi təyinat gömrük orqanında saxlanılır.
Təhvil - təslim aktının 3-cü nüsxəsi gömrük müşayiəti haqda əmr vermiş gömrük orqanına qaytarmaq üçün GMD-yə verilir.
V. GMD-nin hüquq və vəzifələri
29. GMD-nin tərkibinə daxil olan vəzifəli şəxslər gömrük
qanunvericiliyini, malların tranzit gömrük rejimi və gömrük nəzarəti
altında çatdırılmasına dair Azərbaycan Respublikasının normativ
aktlarında müəyyən edilmiş qaydaları bilməlidirlər.
GMD-nin rəhbəri dəstə üzvlərinin üzərinə düşən vəzifə borclarının icra olunmasını təmin etməlidir.
GMD-nin tərkibinə daxil olan vəzifəli şəxslər öz vəzifə
borclarmı yerinə yetirmədikdə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.
30. GMD malların, nəqliyyat vasitələrinin və onlara dair
sənədlərin gömrük nəzarəti altında normal şəraitdə daşınma və saxlanc
itkiləri istisna olunmaqla, göndərən gömrük orqanı tərəfindən müəyyən
edilmiş müddətdə dəyişilməz halda təyinat gömrük orqanına
çatdırılmasını təmin etməlidir.
GMD mövcud Qaydaların və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına əsasən öz vəzifələrini yerinə yetirməlidirlər.
31. GMD-nin başçısı aşağıdakıları yerinə yetirməlidir:
daşıyıcını və ya daşıyıcının işçilərini gömrük müşayiəti
qaydaları, gömrük müşayiəti zamanı onların hüquq və vəzifələri barədə
tanış
etməli;
müəyyən olunmuş marşrut üzrə malların daşınması xüsusiyyətlərini öyrənmək, hərəkət zamanı qarşıya çıxa biləcək halları
proqnozlaşdırmaq və gözlənilməz hallarda gömrük müşayiət dəstəsinin hərəkət qaydalarmı müəyyən etməli;
GMD-nə daxil olan vəzifəli şəxslərin tutacaqları yerləri və onlar arasında əlaqə saxlanması qaydalarmı müəyyənləşdirməli;
GMD-nin geyimini və əlaqə yaradılması üçün xüsusi vasitələrlə təchiz olunmasını təmin etməli;
gömrük müşayiəti zamanı təhlükəsizlik tədbirlərini təmin etməlidir.
32. Gömrük müşayiət dəstəsi gömrük müşayiəti zamanı aşağıdakıları həyata keçirməlidir:
müşayiət olunan mallara, nəqliyyat vasitələrinə və onlara dair sənədlərə nəzarət etməli;
dayanacaqlarda nəqliyyat vasitələrinin yükləmə yerlərinə vurulmuş
eyniləşdirmə vasitələri - möhür və plomblar, eləcə də digər
eyniləşdirmə vasitələri yoxlanılmalı və nəqliyyat vasitələrinin
ətrafında kənar şəxslərin yaxma buraxılmaması üçün növbətçilik
yaradılmalı;
mümkün rabitə əlaqəsi vasitəsilə GMD-nin başçısı ilə daim əlaqə saxlamalı;
müşayiət olunan nəqliyyat vasitələrinin sırasına 3-cü şəxsin daxil olmasına yol verməməli;
qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranmış
vəziyyəti aradan qaldırmaq məqsədilə daşıyıcıya onun vəzifələri
daxilində köməklik etməli;
təhlükəsizlik tədbirlərinə ciddi riayət etməli.
33. Gömrük müşayiəti zamanı malların məhv olma, onlara dair
sənədlərin itirilməsi təhlükəsi yarandıqda GMD onların saxlanılmasının
təmin olunması üçün onlardan asılı olan bütün mümkün vasitələrdən
istifadə etməlidirlər.
34. Malların gömrük müşayiəti zamanı GMD Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 417, 419 və 420-ci maddələrinə əsasən
odlu silah, xüsusi vasitələr və fiziki qüvvə tətbiq edə bilər.
VI. Malların müxtəlif nəqliyyat vasitələri və daşınması zamanı gömrük müşayiətinin xüsusiyyətləri
35. Avtomobil nəqliyyatı vasitəsilə daşman malların gömrük müşayiəti zamanı:
bir GMD daşınmanın xüsusiyyətlərindən və xarakterindən asılı
olaraq 10-dan çox olmayan avtonəqliyyat vasitələrini müşayiət edə
bilər;
GMD müşayiət olunan avtonəqliyyat vasitələrinin önündə gedən nəqliyyat vasitəsində yerləşməlidir;
dayanmalar zamanı GMD nəqliyyat vasitələrinin hər iki tərəfinə nəzarət etməlidir.
Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində nəqliyyat
vasitələrindən biri nasaz vəziyyətə düşmüşsə (bu nasazlığın qısa müddət
ərzində yerindəcə aradan qaldırılması mümkün deyilsə), GMD fəaliyyət
zonasında belə bir hal baş vermiş gömrük orqanına bu barədə məlumat
verir. Gömrük orqanı qısa müddət ərzində müşayiət olunan mallara gömrük
nəzarətinin təmin olunması ilə bağlı tədbirlər görür. Nəqliyyat
karvanının qalan avtomaşınları müraciət olunan gömrük orqanı tərəfindən
gömrük nəzarəti təmin olunduqdan sonra müəyyən edilmiş marşrut üzrə öz
yoluna davam edə bilər. Hadisə ilə bağlı akt tərtib olunur və orada
həmin hadisənin baş verməsi, malların vəziyyəti və sonrakı gömrük
rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı digər məlumatlar
göstərilir. Akt GMD-nin başçısı və qeyd olunan gömrük orqanının
vəzifəli şəxsi tərəfindən imzalanır.
Əgər yaranmış nasazlıq qısa müddətdə aradan qaldırıla
bilərsə, avtonəqliyyat karvanı həmin nasazlıq aradan qaldırılanadək
saxlanılır.
Əgər malların, nəqliyyat vasitələrinin və onlara dair
sənədlərin gömrük müşayiəti daşıyıcının nəqliyyat vasitəsində həyata
keçirilirsə, bu zaman nəqliyyat vasitəsinin kabinasında GMD-nin
əməkdaşından başqa yalnız sürücülər yerləşə bilərlər.
36. Müşayiət olunan malların dəmir yolu vasitəsilə daşınması zamanı:
bir GMD bir dəmir yolu qatarı ilə daşman malları müşayiət edə bilər;
daşıyıcı müşayiət olunan malların vaqonlarda ardıcıl şəkildə yerləşdirilməsini təmin edir;
qatarın hərəkəti zamanı GMD daşıyıcı tərəfindən təmin olunmuş sanitar normalara uyğun yerdə yerləşdirilir;
GMD elə yerləşdirilməlidir ki, dayanacaqlarda GMD dəmir yolda
təhlükəsizlik tədbirlərinə riayət etməklə qatarın hər iki tərəfinə
nəzarət edə bilsin.
37. Dəniz gəmiləri ilə daşınan malların gömrük müşayiəti zamanı:
bir GMD yalnız bir nəqliyyat vasitəsini müşayidə edə bilər;
GMD gəminin yaşayış üçün təchiz olunmuş otaqlarında yerləşdirilir;
dayanacaqlarda GMD yüklərin yerləşdiyi yerlərə nəzarət etmək imkanı verən yerlərdə yerləşdirilir;
gəmilərin sahilə, digər gəmilərə yan alması, yükləmə-boşaldılma işləri
yalnız GMD-nin başçısının icazəsi əsasında həyata keçirilir.
38. Hava Nəqliyyatı vasitəsilə daşman malların gömrük müşayiəti zamanı:
bir müşayiət dəstəsi yalnız bir hava gəmisini müşayiət edə bilər;
GMD uçuş zamanı salonlarda, aeroportda isə hava gəmisinin yanında yerləşdirilir.
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının
Normativ Aktlarının Bülleteni, 2001-ci il, № 12 («VneshExpertService»)
© VneshExpertService