AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№11 / 23.03.1998 Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1997-ci il tarixli, 81 saylı Qərarı üzrə hazırlanmış təlimatının təsdiq edilməsi haqqında

Əmr № 11

23 mart 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1997-ci il tarixli, 81 saylı Qərarının 4-cü bəndinin tələblərini yerinə yetirmək məqsədilə Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1997-ci il tarixli, 81 saylı Qərarı üzrə hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış Təlimat təsdiq edilsin (əlavə olunur).

2. Yerli gömrük orqanlarının rəhbərləri Təlimatı əlavələri ilə birlikdə bütün şəxsi heyətlə tanış etdirməklə onun tələblərinin yerinə yetirilməsini təmin etsinlər.

3. Komitə üzrə verilmiş 02.01.96-cı il və 22.04.97-ci il tarixli, 02 və 436 saylı əmrlər qüvvədən düşmüş hesab edilsin.

4. İşlər İdarəsi (R.Həsənəliyev) əmrin surətinin və Təlimatın əlavələrlə birlikdə yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Təlimatın müddəalarının yerinə yetirilməsinə nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.HEYDƏROV.

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az