AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№118/ 12.12.2003 (güvvədən düşmüş) Mühafizə siyahısına daxil edilmiş mədəniyyət

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
12 dekabr 2003-cü il tarixli
118 saylı əmri ilə təsdiq edilmiş,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən
qeydiyyata alınmışdır

Mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları» və gömrük işi haqqında qüvvədə olan digər qanunvericilik aktları əsasında işlənib hazırlanmışdır.

1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

  • mühafizə siyahısına daxil edilən mallar - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri;
  • mühafizə şəhadətnaməsi (icazə sənədi) - mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından çıxarılması üçün Mədəniyyət Nazirliyi tərəfindən verilmiş icazə sənədi;
  • ekspert komissiyası - mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin respublikadan kənara aparılmasına icazə verən komissiya;
  • digər anlayışlar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, «Gömrük Tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

2. Mühafizə siyahısına daxil edilən mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən kənara aparılması üçün əsas (o cümlədən müvəqqəti) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış ekspert komissiyaları tərəfindən ixracın mümkünlüyü barədə verdiyi mühafizə şəhadətnaməsidir. Mühafizə şəhadətnaməsi Mədəniyyət Nazirliyinə məxsus vahid möhürlə təsdiq edilir.

2.2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamənin rekvizitlərindən və bəndlərindən hər hansı biri dəqiq göstərilmədiyi halda şəhadətnamə etibarsız hesab edilir.

2.3. Mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə (icazə sənədi) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim edildiyi və komisyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.

2.4. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mühafizə siyahısına daxil edilən mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq ekspert komissiyaları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş fotoşəkilləri (fotoşəkillərin arxasında şəhadətnamənin nömrəsi və verildiyi tarix göstərilməli, habelə vahid möhürlə təsdiq olunmalıdır) ixracın mümkünlüyü barədə verilmiş şəhadətnamə (icazə sənədi) ilə birlikdə gömrük orqanlarına təqdim olunur.

2.5. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və mühafizə siyahısına daxil edilməyən mədəniyyət sərvətlərinin dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmadıqda, gömrük ödənişləri ödənilmədən sərbəst surətdə Azərbaycan Respublikasının gömrük sərhədindən kənara aparıla bilər.

2.6. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən kənara aparılan istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mühafizə siyahısına daxil edilməyən mədəniyyət sərvətlərinin ümumi dəyəri və ya çəkisi bu Qaydaların 2.5. yarımbəndi ilə müəyyən edilmiş dəyər həddini ötdükdə, onların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.

2.7. Azərbaycan Respublikasından çıxarılarkən qoyulmuş qadağalar və məhdudiyyətlər səbəbindən buraxılmayan mədəniyyət sərvətləri (qaçaqmalçılıq və gömrük qaydalarının pozulması əlamətləri yoxdursa) sahibi tərəfindən gömrük orqanlarına saxlanca verilə və ya geriyə qaytarıla bilər. Saxlanma müddəti başa çatana kimi sahibi tərəfindən götürülməyən mədəniyyət sərvətləri haqqında gömrük orqanları tərəfindən qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər həyata keçirilir.

2.8. Bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.

2.9. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mühafizə siyahısına daxil edilən bədii, tarixi, elmi və digər mədəni əşyalara dair verilmiş şəhadətnamələrdə əşyaların adının və qiymətinin, hansı ölkəyə və nə məqsədlə aparılmasının, habelə aparılma məqsədindən asılı olaraq geri qaytarılması tarixinin göstərilməsi zəruridir.

2.10. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara geri qaytarılmaq şərti ilə aparılmış bədii, tarixi, elmi və digər mədəni əşyaların həmin ölkələrin ərazisində daimi saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.

2.11. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara müvəqqəti aparılan və Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilən mədəniyyət sərvətlərinin gömrük orqanlarında qeydiyyatı aparılır.

2.12. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətlərinin gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq gömrük orqanları tərəfindən eyniləşdirilməsi həyata keçirilir.

3. Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət

3.1. Fiziki şəxslər bu Qaydaların müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

3.2. Mühafizə siyahısına daxil edilən mədəniyyət sərvətlərinin gömrük rəsmiləşdirilməsinə görə gömrük orqanları məsuliyyət daşıyırlar.

 

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az