- İdeal
tranzit mühitinin yaradılması məqsədi ilə mövcud nəqliyyat dəhlizi
üzrə hərəkət edən nəqliyyat vasitələrinə yeni müasir nəzarət
formalarının tətbiq edilməsi;
- rəsmiləşdirmə proseduralarının operativliyinin təmin olunması;
- sərhədlərdə
aidiyyəti qurumların fəaliyyətinin koordinasiya edilməsi və bu
fəaliyyətin birdayanacaqlı prinsip əsasında həyata keçirilməsi
istiqamətində səy göstərir;
- dünya səviyyəsində baş
verən dəyişikliklər və tendensiyalar əsasında normativ hüquqi
bazanın təkmilləşdirilməsinin davam etdirilməsi;
- gömrük qaydaları haqqında tranzit iştirakçılarının məlumatlandırılması, məlumat köşklərinin, stendlərin quraşdırılması;
- gömrük orqanlarında şəffaflığın təmin edilməsi məqsədi ilə müvafiq
tədbirlərin davam etdirilməsi;
- sərhəd keçid məntəqələrində infrastrukturun müasirləşdirilməsi və
buraxılış qabiliyyətinin artırılması;
- məlumatların işlənməsinin və rəsmiləşdirilməsinin avtomatlaşdırılmış qaydada aparılması;
- riskin idarə edilməsi və seçmə əsasında gömrük yoxlamasının həyata keçirilməsi;
- beynəlxalq
praktikada mövcud olan proseduralar və hökumətlər arası beynəlxalq
təşkilatların harmonizə olunmuş nəzarətə dair tövsiyələrindən istifadə
olunması;
- qonşu dövlətlər ilə gömrük işi sahəsində işgüzar əməkdaşlığın inkişaf etdirilməsi;
- gömrük orqanlarının sutkalıq iş prinsipinə keçidi üzrə tədbirlərin keçirilməsi;
- qonşu
dövlətlərlə sərhəd gömrük orqanlarının iş vaxtının uyğunlaşdırılması və
bu vaxtın 24 saat müəyyən olunması üzrə təşəbbüslərin göstərilməsi;
- beynəlxalq ticarət zəncirində təhlükəsizliyin təmin olunması üzrə tədbirlərin həyata keçirilməsi;
- qaçaqmalçılığa
qarşı mübarizə sahəsində tədbirlərin gücləndirilməsi və qonşu
dövlətlərin gömrük xidmətləri ilə hüquq mühafizə fəaliyyəti sahəsində
birgə tədbirlərin keçirilməsi üzrə təşəbbüslərin göstərilməsi;
- müasir informasiya texnologiyalarının geniş tətbiqi.
Qeyd olunan tədbirlərin tam formada tətbiqi planlaşdırılır və bunun
üçün ilkin normativlər müəyyən olunur. İlkin texniki tapşırıqların
nəticəsində hazırlanan layihələr əsasında tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur. Bununla da ideal tranzit üçün əlverişli
şərait yaradan qonşu dövlətlərin gömrük keçid məntəqələrinin iş
vaxtında razılaşdırılmış formada həyata keçirilməsi və bu vaxtın bütün
24 saatı əhatə etməsi vacibdir.
Bununla əlaqədar qonşu dövlətlərin sərhəd keçid məntəqələrinin
fəaliyyət vaxtı razılaşdırılır, nəticə olaraq tranzit daşımalarının
günün istənilən vaxtında həyata keçirilməsinə şərait yaradılır, növbə
və tıxacların yaranmasının qarşısı alınır. Beləliklə də sərhəd keçid
məntəqələrinin planlı şəkildə idarə edilməsi işinə bu şərtlər öz müsbət
təsirini göstərir.