AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№22/ 22.02.2005 «Azərbaycan Respublikası Dövlət Gömrük


«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Qeydiyyat № 3116
«28» fevral 2005-ci il
Nazir F.F.MƏMMƏDOV
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr № 022
«22» fevral 2005-ci il
Sədr K. HEYDƏROV

«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması Qaydaları»na dəyişikliklər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25.12.1997-ci il tarixli 1103 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 08 yanvar 1998-ci il tarixdə, 87 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin:

1. 4.5-ci bənd aşağıdakı məzmunda verilsin:

«Gömrük ödənişlərinə bütövlükdə verilən zəmanətlərin maksimal həddi kredit təşkilatının faktiki ödənilmiş nizamnamə kapitalı Milli Bankın banklar üçün müəyyən etdiyi minimum nizamnamə kapitalından:
    a) 2 dəfə çox olduqda—2,0 mln. ABŞ dollarına
    b) 1,5 dəfə çox olduqda—1,0 mln. ABŞ dollarına
    c) 1,0 dəfə çox olduqda—0,5 mln. ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir»

2. 4.6-cı bənd aşağıdakı məzmunda verilsin;

«Gömrük ödənişlərinə kredit təşkilatlarının (filialları ilə birlikdə) xidmət etdikləri müştərilərinə verdiyi bir zəmanət öhdəliyinin maksimal həddi minimum nizamnamə kapitalından:
    a) 2 dəfə çox olduqda—1,0 mln. ABŞ dollarına ekvivalent məbləğdə
    b) 1,5 dəfə çox olduqda—500,0 min ABŞ dollarına ekvivalent məbləğdə
    c) 1,0 dəfə çox olduqda—250,0 min ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir».

© VneshExpertService



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az