AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№34/ 24.03.2003 "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Sədrinin
24 mart 2003-cü il tarixli,
34 saylı əmri ilə
təsdiq edilmişdir

«Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat»a əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.2001-ci il tarixli, 105 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli, 176 saylı qərarı ilə əlavələr edilməsi ilə əlaqədar olaraq həmin Qaydalar əsasında hazırlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.08.2001-ci il tarixdə 2712-ci nömrə ilə qeydiyyata alınmış «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat»a aşağıdakı redaksiyada əlavələr və dəyişikliklər edilsin:

2.1.4-cü bəndi çıxarılsın və 2.1.5-ci və 2.1.6-cı bəndləri müvafiq olaraq 2.1.4-cü və 2.1.5-ci bəndlər hesab edilsin;

2) 2.13-cü bəndinin birinci və üçüncü abzası aşağıdakı yeni redaksiyada verilsin:

«2.13. Fiziki şəxslər xarici valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikasının Milli Bankının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla müəyyən etdiyi «Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»na uyğun olaraq keçirilə bilər».

Təlimatın 5 nömrəli əlavəsi «Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları» ilə təsdiq olunmuş «GA-5» nömrəli formaya uyğun olaraq doldurulur.

3) 2.14.1-ci bəndindən (qeyri-rezidentlər) və «habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda 1 (bir) ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan Respublikasının vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıtdıqda» sözləri çıxarılsın və həmin bənddə «ödənişlərini» sözü «rüsumu» sözü ilə əvəz edilsin:

4) aşağıdakı məzmunda 2.24-cü bəndi əlavə edilsin:

«2.24. Diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiqedici arayışı və diplomatik vəsiqənin surəti təqdim olunmaqla gömrük rüsumu tutulmadan rəsmiləşdirilir».


© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az