|
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
|
Qeydiyyat № 148
|
Əmr № 009
|
|
17 fevral 1999-cu il
|
11 fevral 1999-cu il
|
|
Nazir
|
Sədr
|
|
S.Həsənova
|
K.F.Heydərov
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
«Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə» Təlimata əlavələr edilməsi haqqında
Əmr № 9
11 fevral 1999-cu il
Azərbaycan Respublikasının ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarəti daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 sentyabr 1998-ci il tarixli 129 №-li şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə» Təlimata aşağıdakı məzmunda əlavələr edilsin:
§ Təlimatın 4.1 yarımbəndinin sonunda «geri çağrılmayan akkreditiv açılması» sözündən sonra «yolu ilə» sözləri çıxarılsın və «müvəkkil banklar tərəfindən «Uçot Kartoçkası»nın «A 1» və «A 2» bölmələrində qeyd edilməklə təsdiq edildikdən sonra» sözləri əlavə edilsin;
§ Təlimatın «İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi»nə dair 1 №-li əlavəsinin 1.1 yarımbəndində ««A 1» bölməsini isə,» sözləri «bütün hallarda «A 1» bölməsini, sövdələşmə xüsusiyyəti 21 və 41 ilə aparılan ixrac əməliyyatlarında isə, həmçinin «A 2» bölməsini» sözləri ilə əvəz edilsin.
Komitənin sədri
K.F.Heydərov.
«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1999-cu il, № 2, səh. 107) («VES Consultancy» LLC).
© VES Consultancy LLC