«QEYDƏ ALINMIŞDIR»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat № 2719
«05» noyabr 2001-ci il
Nazir
F.MƏMMƏDOV
|
«TƏSDİQ EDİLMİŞDİR«
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 099
«30» oktyabr 2001-ci il
Sədr
K.HEYDƏROV
|
«Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında» qaydalara edilmiş dəyişikliklər barədə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 iyul 1998-ci
il tarixli 033 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində 30 iyul 1998-ci il tarixdə 120-ci
nömrə ilə qeydiyyata alınmış «Rüsumsuz ticarət mağazasının
fəaliyyətinin tənzimlənməsi haqqında» Qaydalarda aşağıdakı dəyişiklər
edilsin:
1-ci bəndinin 1.6. yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«1.6. RTM-dən alınan malların gömrük sərhədindən keçirilməsi gömrük qanunvericiliyinə əsasən tənzimlənir».
2-ci bəndin 2.4. yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«2.4. RTM-in satış zalları elə şəkildə yerləşməlidir ki, Azərbaycan
Respublikasının gömrük sərhədini keçən şəxslərdən başqa digər kənar
şəxslərin həmin zallara daxil olması mümkün olmasın»
3.3-cü bəndinin d və e hissələri mətndən çıxarılsın.
4-cü bəndin 4.1., 4.3. və 4.10. yarımbəndləri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
«4.1.
Rüsumsuz ticarət mağazaları RTM gömrük rejimi altında yerləşdirilmiş
malların yalnız Azərbaycan Respublikası gömrük sərhədindən keçən fiziki
şəxslər üçün pərakəndə satışını həyata keçirirlər».
4.3. Malların RTM-də satışı üçün kvotaların müəyyən olunmasına yol verilir.
«4.10. Malların RTM-dən alınması haqda həmin mağazanın işçiləri tərəfindən müvafiq qeydlər aparılır».
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ
Aktlarının Bülleteni, 2001-ci il, № 11, s.3 («VneshExpertService»)©