AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Heydər Əliyev Xatirə Muzeyi

Azərbaycan Dövlət Gömrük Komitəsinin Heydər Əliyev Xatirə Muzeyi 27 yanvar 2007-ci ildə açılmışdır. Muzeyin ekspozisiyası dövrlərə görə bölünmüş üç hissədən ibarətdir. Birinci bölüm Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gənclik və yetkinlik illərini əks etdirən, əsasən, ailə arxivindən ibarət fotomateriallardan təşkil olunmuşdur. İkinci bölüm Heydər Əliyevin 1969-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrü, eləcə də 1983-cü ildən SSRİ Nazirlər Soveti sədrinin I müavini və Sovet İKP MK Siyasi Bürosunun üzvü olduğu dövrü əks etdirir. Üçüncü bölüm artıq 1993-cü ildən 2003-cü ilədək müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığı illəri əhatə edir. Bundan başqa, muzeyin kitabxanasında Heydər Əliyev irsini əks etdirən və müxtəlif dillərdə buraxılmış kitab, fotoalbom, audio və videolardan ibarət zəngin və qiymətli materiallar toplanmışdır.

 Ünvan:

AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 3
("Azərterminal-kompleks"-in binası)

Tel.: (0099412) 447 16 59
Tel.: (0099412) 447 16 38
Faks: (009412) 447 51 81



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az