AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№1065 / 20.06.1995 «Gömrük tarifi haqqında»

Azərbaycan Respublikası Milli Məclisi

«Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə

Qərar № 1065

Bakı şəhəri, 20 iyun 1995-ci il

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin qəbulundan sonra dərc edildiyi gündən qüvvəyə minsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • bir ay müddətində Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması üçün tədbirlər görsün və həmin qanunun icrası üçün zəruri aktları qəbul etsin;
  • bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bir ay müddətində Qanunun icrası ilə əlaqədar müvafiq təlimatları hazırlasın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R.QULİYEV.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 noyabr 1995-ci il, № 229)

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az