№79 / 13.12.2004 «Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
«Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat
vasitələrinin keçirilməsi Qaydaları»nın qüvvədən düşməsi barədə
Sərəncam № 79
Bakı şəhəri, «13» dekabr 2004-cü il
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin 03.09.2004-cü il tarixli, 082
nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində 18.09.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış
(şəhadətnamə № 3086) «Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
Qaydaları»nın qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin 30 dekabr 2002-ci il tarixli, 098 nömrəli
əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində 23 yanvar 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış
(şəhadətnamə № 2956) «Azərbaycan Respublikasının gömrük sərhədindən
fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi
Qaydaları» qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 03.09.2004-cü il tarixli, 082 nömrəli əmri, Normativ hüquqi aktların
hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin xidməti məktubu.
Azərbaycan Respublikasının ədliyyə naziri
I dərəcəli Dövlət ədliyyə müşaviri
F.F. MƏMMƏDOV
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az