AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





İdmançılarımızın yeni uğurları


İdmançılarımızın yeni uğurları
 
Bu günlərdə ölkəmizdə keçirilən növbəti idman yarışlarında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin yetirmələri də öz gücünü sınamış və yeni uğurlara imza atmışlar.
Yanvarın 17-də "Abu Arena" İdman Kompleksində güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə 11-ci beynəlxalq turnirdə DGK İdman-Sağlamlıq Mərkəzinin yetirmələrindən Fərid İsmayılov (42 kq) birinci, Elmar İsmayılov isə (69 kq) üçüncü yerləri tutmuşlar. Xatırladaq ki, bu yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və İranı təmsil edən 98 idmançı iştirak etmişdir. Ümumilikdə, Azərbaycan yığması komanda hesabında birinci, İran ikinci, Rusiya isə üçüncü yeri tutmuşdur.
Yanvarın 15-20 tarixlərində "Sərhədçi" Olimpiya İdman Mərkəzində boks üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatında isə DGK İdman-Sağlamlıq Mərkəzinin təmsilçisi Ramal Amanov (64 kq) ölkə çempionu olmuşdur.
İdmançılarımızı yeni uğurları münasibətilə təbrik edir, onlara daim qələbələr arzulayırıq!
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya