AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Müsadirə olunan dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bağışlanmışdır


Müsadirə olunan dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bağışlanmışdır
 
Yanvarın 28-də Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən dini kitabların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunma mərasimi keçirilmişdir.
Tədbirdə Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin şöbə rəisi Xosrov Vahabzadə qeyd etmişdir ki, təqdim olunan kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Xaçmaz, Astara və Tovuz gömrük idarələri tərəfindən saxlanılmış və "Azərterminalkompleks" THXİB-yə təhvil verilmişdir. 93 adda və 6507 ədəd olan bu kitablar əsasən İslam dininə aid olub, 2000-ci illərin əvvəllərində Türkiyə və İranda nəşr edilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinə əsasən, sözügedən kitabların ölkə ərazisində yayılması məqsədəuyğun sayılmış və onları elə həmin Komitəyə bağışlamaq qərara alınmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov təqdim olunan dini kitablara görə gömrükçülərə minnətdarlığını bildirmiş və bu nəşrlərin Komitə üçün çox dəyərli bir hədiyyə olduğunu vurğulamışdır. Şöbə müdiri qeyd etmişdir ki, təqdim olunan kitabların bir qismi Komitənin kitabxanasında saxlanılacaq, bir qismi isə Komitənin yerli bölmələrinə, eləcə də aidiyyəti dini qurumlara təqdim olunacaq.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az