AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





Narkoqaçaqmalçılıq hallarının qarşısı alınmışdır


Narkoqaçaqmalçılıq hallarının qarşısı alınmışdır
 
Ölkəmizin gömrük orqanları narkoişbazların, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin ifşası istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
Bu günlərdə Astara Gömrük İdarəsində tükürpədici bir fakt aşkarlanmışdır. Belə ki, ata öz azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə etmişdir. Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nahani Eskandar Bahram və qızları Habibeh Nahani Eskandar, Mobina Nahani Eskandar, Sevda Nahani Eskandar gömrük nəzarətindən keçirilərkən, ailənin azyaşlı uşaqlarının - Habibeh Nahani Eskandar və Mobina Nahani Eskandarın əyninə geyindikləri qara rəngli paltarın altından hər birindən 2 bağlama olmaqla, ümumi xalis çəkisi 2015 qram çəkidə narkotik vasitə olan heroin, Sevda Nahani Eskandarın isə əyninə geyindiyi qırmızı paltarın altından 4 ədəd bağlama olmaqla, ümumi xalis çəkisi 1010 qram narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Qeyd olunan fakt üzrə, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü məddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Nahani Eskandar Bahramı İran İslam Respublikasının Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməsi mümkün olmayan «Behnam Ətai», «Farabi» və «Kamran» adlı şəxslərlə və qeyriləri ilə qabaqcadan əlbir olub qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılması barədə sövdələşərək cinayət əlaqəsinə girmişdir. O, «Behnam Ətai» və «Farabi» adlı şəxslərdən Azərbaycan Respublikasının Astara rayonunda «Kamran» adlı şəxsə çatdırmaq məqsədi ilə 2015 qram çəkidə narkotik vasitə olan heroini və 1010 qram narkotik vasitə - həşiş qətranını satış məqsədi ilə əldə etmiş, saxlamış və ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gələrkən həmin narkotik vasitələri azyaşlı uşaqların, məsum qızcığazlar Habibeh Nahani Eskandar, Mobina Nahani Eskandar və Sevda Nahani Eskandarın üzərlərində gizlətmiş, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərmişdir.
Bu hərəkətləri ilə İran İslam Respublikasının vətəndaşı Nahani Eskandar Bahram Azərbaycan Respublikası CM-nin müvafiq məddələri ilə cinayət əməlləri törətmiş, Yasamal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.
***
Astara Gömrük İdarəsində aşkarlanan daha bir fakt isə narkoişbazların öz çirkin məqsədlərinə çatmaq üçün milli-mənəvi və dini dəyərlərdən belə istifadə etməkdən çəkinmədiklərini sübut edir.
Belə ki, Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından gələn Hacy Hosseinlou Mohsen Safaralinin və Armand Davood Hosseinin idarə etdikləri «Scania» markalı THR-88825 nömrə nişanlı sərnişin avtobusuna gömrük baxışı keçirilərkən yük yerində İmam Əlinin təsviri əks olunmuş xalçanın taxta çərçivəsində 5 ədəd bağlamada 500,256 qram narkotik vasitə olan heroin və 17 ədəd bağlamada 1635 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilmişdir. Əməliyyat tədbirləri zamanı, həmin xalçanı Bakı şəhəri Xətai rayonunda yerləşən «Təbriz qarajı»nda anbardar Zahirov Elvin Eldar oğlundan götürüb anbardan uzaqlaşarkən Kərimov Bəhruz Güloğlan oğlu Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Bəhruz Güloğlan oğlu Kərimov satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasında yaşayan bibisi oğlu Mənuçöhr Mahmud oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, 2010-cu ilin yanvar ayında Tehrana gedib narkotik vasitə alınması üçün ona 3000 ABŞ dolları vermiş, axırıncı isə Tehran şəhərində istintaqla müəyyən edilməmiş şəxsdən əldə etdiyi külli miqdarda 500,256 qram heroini və 1635 qram həşiş qətranını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrı-ayrı bağlamalarda İmam Əlinin təsviri əks olunmuş xalçanın taxta çərçivəsinin içərisində yerləşdirib «Giti peyma» şirkətinə məxsus «Scania» markalı, THR-88825 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə şərti olaraq «Hacı Sadiq»in adına Bakı şəhərinə göndərmiş və telefon vasitəsilə Kərimova həmin narkotik vasitələri «Təbriz qarajı»nda qəbul etməyi tapşırmışdır. Beləliklə, Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində gömrük baxışı zamanı avtobusun yük yerində yerləşdirilmiş xalçanın çərçivəsinin içərisindən həmin narkotik vasitələr aşkar edilmişdir.
Bəhruz Güloğlan oğlu Kərimovun Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla təsdiq edildiyindən o, şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayətkar qrupların digər üzvlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
DGK Mətbuat Xidməti
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya