AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

9 kiloqram 885 qram narkotik vasitəni satarkən yaxalanmışdır


9 kiloqram 885 qram narkotik vasitəni satarkən yaxalanmışdır
 
Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı olan gömrük orqanları əsas vəzifələrindən biri kimi qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Belə ki, bu günlərdə Azərbaycan Respublikasının vətəndaşı Quliyev Nəbi Möhübbət oğlu İmişlı rayonunun Qaragüvəndikli kəndi yaxınlığında gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasına keçmiş, orada naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq 9 kiloqram 885 qram narkotik vasitə-həşiş qətranını və 2,350 qram psixotrop maddə olan metamfitamini əldə edib saxlamış, İmişli rayonu Bəhrəmtəpə-Qaradonlu avtomagistral yolunun kəsişdiyi yerdə şərti alıcı qismində cəlb edilmiş Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşına satarkən yaxalanmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, Quliyev Nəbi Möhübbət oğlu özünü “Qara” adı ilə təqdim etmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda əldə edilməsi, saxlanması, daşınması və gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi barədə cinayət əlaqəsinə girmiş, İmişlı rayonunun Qaragüvəndikli kəndinin ərazisində mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqəsindən kənar keçərək həmin şəxsdən torbanın içərisində 10 ədəd polietilen bağlamada 9 kiloqram 885 qram narkotik vasitə olan həşiş qətranını və bir ədəd polietilen torbacıqda 2,350 qram psixotrop maddə olan metamfitamini əldə edib qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirərək Qaragüvəndikli kəndinin ərazisində qamışlıqda gizlətmiş, İmişli rayonu Qaradonlu kəndi ərazisində şərti alıcı qismində cəlb edilmiş Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşına satarkən yaxalanmışdır.
Bu cinayətləri törətdiyinə görə Quliyev Nəbi Möhübbət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hal-hazırda cinayətdə iştirak edən başqa şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az