AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Narkotik vasitələrin müəyyən olunması və hüquqpozmalara qarşı mübarizə məsələləri müzakirə edilmişdir


Narkotik vasitələrin müəyyən olunması və hüquqpozmalara qarşı mübarizə məsələləri müzakirə edilmişdir
 
İyulun 26-dan avqustun 7-dək Malayziya Krallığının Gömrük Akademiyasında gömrük zabitləri üçün «Narkotik vasitələrin müəyyən olunması və hüquqpozmalara qarşı mübarizə» üzrə Beynəlxalq Təlim kursu keçirilmişdir.
Asiya, Afrika və Cənubi Amerikanın 22 dövlətinin gömrük xidmətlərinin əməkdaşlarının qatıldığı tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Anar İmanov iştirak etmişdir.
Anar İmanovun verdiyi məlumata görə, tədbirin ilk günü Malayziya gömrük xidmətinin fəaliyyəti ilə iştirakçılar yaxından tanış edilmiş, keçiriləcək təlimin proqramları barəsində məlumat verilmişdir. Növbəti iki gündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda hər bir ölkənin təqdimatları və çıxışları təqdim edilmişdir. İştirakçılar müxtəlif ölkələrin gömrük işi sahəsində qanunverciliyi və prosessual qaydalara dair müxtəlif xarakterli məsələlər ətrafında müzakirələr aparmış və maraq doğuran sualları cavablandırmışlar.
Ümumdünya Gömrük Təşkilatının “e-learning” proqramı ilə tanışlıq keçirilmiş, hər bir iştirakçıya bu proqrama daxil olması üçün qeydiyyat adı, kod verilmiş və bu proqram vasitəsi ilə ÜGT-nın elektron məlumat bazasından faydalanma imkanı yaradılmışdır. Daha sonra narkotik vasitələrin gizlətmə üsulları barəsində iştirakçı ölkələrin, o cümlədən də Malayziya təcrübəsindən danışılmışdır.
Təlimin ikinci həftəsində əsasən praktiki məşğələlər keçirilmişdir. Belə ki, Malayziya Krallığının 3 şəhərində (Pinanq, Putracaya, Kuala Lumpur) yerləşən müxtəlif gömrük keçid məntəqələrinə səfərlər təşkil edilmiş, sərnişinlərin və yük avtomobillərinə gömrük nəzarəti sahəsində Malayziya təcrübəsi iştirakçılara izah edilmişdir. Malayziya Krallığının şimalında yerləşən Lankavi əyalətinin Kedax gömrük keçid məntəqəsinə səfər edilmişdir. Bu gömrük keçid məntəqəsi Malayziya və Tayland Krallıqlarının sərhəddində yerləşir.
İlk olaraq qeyd olunan gömrük keçid məntəqəsinin iş prinsipi ilə bağlı təqdimatı keçirilmiş və iştirakçıların sualları cavablandırılmışdır. Sonra keçid məntəqəsi ilə tanışlıq olmuşdur. Bu keçid məntəqəsində gömrük nəzarətindən keçən sərnişinlərin gömrük qanunvericiliyi və gömrük prosedurları ilə tanış olmaları üçün nəzarət zonasından öncə məlumat stendləri quraşdırılıb. Yüngül minik avtomobilləri və motosikllərlə səfər edən sərnişinlər gömrük nəzarəti zamanı nəqliyyat vasitələrini tərk etmirlər, sərhəd və gömrük nəzarəti sərnişinlər avtomaşında olarkən tətbiq edilir. Tədbir iştirakçıları Melaka şəhərində yerləşən gömrük xidmətinin kinoloji mərkəzinə də səfər etmiş, mərkəzin fəaliyyətilə yaxından tanış olmuşlar.
Daha sonra Kuala Lumpur şəhərindən 20 km aralıqda yerləşən Putracaya şəhərinə səfər edilmişdir. Bu şəhər inzibati şəhər statusuna malikdir və burada əsasən dövlət orqanlarının inzibati binaları, o cümlədən Malayziya Krallığı Gömrük Xidmətinin Baş Qərargahı yerləşir. Baş Qərargahda olan gömrük zabitlərinə Malayziya Gömrük Xidməti haqqında ümumi məlumat verilmiş, daha sonra maraq doğuran suallar cavablandırılmışdır.
Xatırladaq ki, Malaziya Krallığının Gömrük Xidmətinin sədrinin «Narkotik vasitələrin müəyyən olunması və hüquqpozmalara qarşı mübarizə» üzrə Beynəlxalq Təlim kursunda iştirak edən gömrük zabitləri ilə görüşü keçirilmişdir.
Praktiki məşğələlərdən sonra təlim iştirakçıları Malayziya Krallığının Gömrük Akademiyasında təlim ərzində öyrəndiklərinə əsasən təqdimatlar hazırlamış və əldə edilmiş bilik səviyyəsi Akademiyanın ekspertləri tərəfindən qiymətləndirilmişdir. İştirakçılarda öz növbəsində keçirilmiş təlimi anonim səsvermə vasitəsi ilə qiymətləndirmişilər.
A.İmanovun sözlərinə görə, ümumiyyətlə, Malayziya Krallığının Gömrük Akademiyasında təşkil olunan təlimlər gömrük əməkdaşlarının peşə üzrə ixtisaslarının artırılması, xarici dillərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malikdir.
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az