AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

“Heydər Əliyev lektoriyası”nın V məşğələsi keçirilib


“Heydər Əliyev lektoriyası”nın V məşğələsi keçirilib
 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın V məşğələsi keçirilib. Ümummilli liderimizin anadan olmasının 86-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə əvvəlcə ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Heydər Əliyev: Dövlətçilik ideologiyası və müasir dövr” mövzusunda keçirilən məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə ötən ildən başlayaraq rübdə bir dəfə olmaqla lektoriyalar keçirilir.
Komitə sədri bildirib ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında nəinki uzun bir tərəqqi yolu keçmişdir, eyni zamanda yaşadığımız XXI əsrdə də ölkəmizin inkişafının kökündə Heydər Əliyev ideyaları, ulu öndərin qoyub getdiyi zəngin irs dayanır. Ümummilli liderin ideyaları Azərbaycan cəmiyyətini birləşdirən, vətəndaş həmrəyliyini təmin edən əsas baza rolunda çıxış edir. Bu ideyalar Azərbaycanın milli müstəqillik ideyasının kökündə dayanan hərəkətverici qüvvə olaraq müstəqilliyimizin möhkəmlənməsini təmin edən çox etibarlı fundament kimi öz missiyasını yerinə yetirməkdədir.
Buna görə də nə qədər ki müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin ideyaları, müəyyən etdiyi strateji xətt yaşayacaq, müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında Heydər Əliyev faktoru və fenomeni əvəzsiz və misilsiz olacaqdır.
Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, tarix elmləri namizədi, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru Vaqif Məmmədov “Heydər Əliyev: Dövlətçilik ideologiyası və müasir dövr” mövzusunda geniş və məzmunlu məruzə ilə çıxış etmişdir. Tarixə ekskurs edən natiq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş proseslər nəticəsində ölkə iqtisadiyyatının dağılmaq həddinə çatdığını xatırladaraq bildirib ki, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan xalqı özü müəyyən etdi və 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi.
Qeyd olunub ki, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi illər Muxtar Respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrüdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərarlar qəbul edildi.
“Heydər Əliyev siyasi xəttində xarici iqtisadi əlaqələr” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti polkovnik-leytenantı Səhət Həbibbəyli ulu öndərimizin həyata keçirdiyi xaici siyasət fəlsəfəsinin bir sıra tarixi və siyasi amillərin təsiri ilə formalaşdığını deyib. Vurğulanıb ki, xarici ölkələrlə yaradılan əlaqələrdə milli mənafe amili prioritet istiqamət kimi daim diqqət mərkəzində olub. Bir sıra dünya dövlətləri ilə yaradılan siyasi münasibətlər öz növbəsində xarici iqtisadi əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə mühüm töhfələr verib. Təsadüfi deyil ki, ulu öndər Naxçıvanada işləyərkən blokada şəraitində olan Muxtar Respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirib. Bu məqsədlə qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılıb. Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü”, İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Poldəşt körpüsü inşa edilib. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra respublikanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əmin-amanlıq, ictimai-siyasi sabitlik bərqərar edilib, iqtisadiyyatın dirçəlişi, sosial-mədəni problemlərin həlli sahəsində diqqətəlayiq uğurlar qazanılıb.
Şahtaxtı Gömrük İdarəsinin inspektoru Gülər Əhmədova “Heydər Əliyev - ömür yolu” adlı məruzəsində ulu öndərimizin həyatına nəzər salaraq şərəfli ömrün bir qərinəlik dövrünün Azərbaycanla, Azərbaycan tarixinin bir qərinəlik dövrünün Heydər Əliyevlə bağlı olduğunu və vəhdət təşkil etdiyini dilə gətirib.
Tədbirə yekun vuran Komitə sədri bir daha əmin olduğunu bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, ideya və baxışları, müdrik əməlləri, məfkurələri yolumuza işıq saçacaqdır.
 
Rahil TAHİRLİ,

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az