AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri

USD   0.8036

EUR   1.0291

GBP   1.236

CHF   0.7953

TRY   0.5336

GEL   0.437

RUR                             0.0262




Gömrükçülər yaşıllaşdırma işləri aparmışlar


Gömrükçülər yaşıllaşdırma işləri aparmışlar
 
Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin kollektivi bir sıra abadlıq və yaşıllaşdırma işləri həyata keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının ekoloji tarazlığın təmin edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi məqsədilə mayın 9-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi aparatın və yerli strukturların əməkdaşları Bakının Maştağa qəsəbəsində yerləşən Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin və Kinoloji Mərkəzin qarşısındakı boş ərazilərdə abadlıq işləri aparmış, 600-dən çox şam və dekorativ ağaclar əkmiş, həmçinin əvvəllər bu ərazilərdə əkilən ağaclara qulluq göstərmişlər.
 

DGK Mətbuat Xidməti

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya