AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Futzal üzrə birincilik başa çatmışdır


Mayın 7-də Bakının Əl Oyunları Sarayında  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş futzal üzrə keçirilən birincilik başa çatmışdır. Yanvarın 30-dan mayın 7-dək davam edən birincilikdə 14 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarımfinal mərhələsində Bakı Baş Gömrük İdarəsi (1) komandası üçüncü yerin sahibi olmuşdur. Birincilik uğrunda isə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yığma komandası ilə Hava Nəqliyyatında  Baş Gömrük İdarəsinin  komandası mübarizə aparmışlar. Gərgin oyun Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yığma komandasının xeyrinə - 2:1 hesabı ilə başa çatmışdır.

Beləliklə, Naxçıvan MR DGK I, HNBGİ II, BBGİ (1) komandası isə III yerə çıxmışlar.

Yarışın bağlanış mərasimində iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, məhsuldar keçən final yarışlarında komandaların sərgilədiyi oyunlardan razılığını ifadə etmişdir. Final oyunlarının bu günlərdə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayan A.Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən üğurla davam etdirildiyini qeyd etmiş, bölgələrimizdə gənclərin idmana və bədən tərbiyəsinə axınını, eləcə də respublikamızın rayonlarında dünya standartlarına cavab verən olimpiya idman komplekslərinin istifadəyə verilməsini, bu işlərin geniş vüsət almasını dövlətimizin idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonda bir daha qalib komandaları təbrik edən DGK sədri Aydın Əliyev onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Dövlət Gömrük Komitəsinin diplomları, medal və qiymətli hədiyyələri təqdim olunmuşdur.




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az