Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi bir sıra tədbirlər həyata keçirmişdir.
İlk olaraq ümümmilli lider Heydər Əliyevin uyuduğu Fəxri xiyabana gələn Dövlət Gömrük Komitəsinin şəxsi heyəti ulu öndərin xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxumuş, məzarı önünə tər
çiçəklər düzmüşdür.
Sonra Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf edən Gömrükçü Andının əhəmiyyətindən danışaraq gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamışdır.
Komitə sədri müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısa nəzər salaraq, xüsusilə, 1995-ci ildən başlayaraq gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd etmişdir. Aydın Əliyevin sözlərinə görə, hər il mayın 10-da gömrükçülər ümummilli liderin doğum günündə Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.
Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini xatırladan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini vermiş, onları ilk
növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əli
yev amallarına sadiq qalmağa səsləmişdir.
Sonra Gömrük Məcəlləsinin 414-cü maddəsinə müvafiq olaraq bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içmişdir.
Andiçmə mərasimindən sonra Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir. Öncə tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncağındakı nitqinin videogörüntüləri təqdim edilmişdir.
Sonra tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev vurğulamışdır ki, böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Hər dəfə Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən a
nlayırsan ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var.
Komitə sədri bildirmişdir ki, Azərbaycan Respublikasının gömrük sistemi də ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək bugünkü
mərhələyə çatmışdır. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.
DGK sədri A.Əliyev q
eyd etmişdir ki, bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti daha da güclənmiş, bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də ciddi nailiyyətlər əldə olunmuşdur. Gömrük işi respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında bundan sonra da mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır. Azərbaycan gömrükçülərinin dövlət başçısının qayğısını daim hiss etdiyini vurğulayan Komitə sədri əminliklə bildirmişdir ki, gömrükçülər müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi işində daim yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Tədbirin sonunda Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə təltif edilən Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına orden və medallar təqdim olunmuşdur.