AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilmişdir


Gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilmişdir
 
Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında mövcud əlaqələrdən söhbət açan A.Əliyev əməkdaşlığın bütün sferalarda yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına etdiyi səfərlərini, Kral Abdulla ibn Əbdüləziz Al Səudla keçirdiyi görüşləri, ümumiyyətlə iki ölkənin dostluq və qarşılıqlı əməkdaşlıq müstəvisinə söykənən isti münasibətlərini məmnunluqla xatırlayan DGK sədri bu cür münasibətlərin Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud əlaqələrin inkişafına yeni impuls verdiyini diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyinə görə minnətdarlıq edən DGK sədri Aydın Əliyev demişdir ki, ölkəmiz üçün bu ağrılı məsələdə Səudiyyə Ərəbistanı əsl dost ölkə kimi hər zaman Azərbaycanın yanında olmuşdur və belə münasibət bizim üçün çox önəmlidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızın inkişafı naminə həyata keçirdiyi uğurlu iqtisadi islahatların bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycanın inkişaf tendensiyasına görə regionda lider dövlətə çevrildiyini qeyd edən Komitə sədri dünya təssərrüfatına inteqrasiya edən ölkəmizin Səudiyyə Ərəbistanı Krallığı ilə də münasibətlərə xüsusi önəm verdiyini bildirmiş, bütün sahələrdə əməkdaşlığın vacibliyinə toxunmuşdur.
Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salan DGK sədri iki ölkənin gömrük xidmətləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyinə toxunmuş, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzində bir sıra dünya ölkələrinin ekspertlərinin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini xatırladan Komitə sədri Səudiyyə Ərəbistanı Krallığının gömrük əməkdaşlarının belə tədbirlərə qatılmasının vacibliyini bidirmiş, ümumilikdə azərbaycanlı həmkarları ilə təcrübə və biliklərini bölüşməsinin zəruriliyini vurğulamışdır. 
Səmimi qəbula görə təşəkkürünü bildirən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsəri Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizdə sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını bildirmişdir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin əməkdaşlığın iqtisadi sferada da inkişaf etdirilməsində maraqlı olduğunu, bunun üçün mövcud imkanlardan maksimum yararlanmağın zəruriliyini bildirmişdir. 
Ölkələrimiz arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Fəhd bin Əli əl-Düsəri səfir kimi bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
 
DGK Mətbuat Xidməti



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az