Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və
dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31
yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad
olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında
Qərar
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11
nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il,
№ 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə
700, № 7, maddə 743, № 12, maddə 1355) əlavəsi olan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220
nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların
siyahısı”na “Qrup 19-dan” sətrindən əvvəl aşağıdakı sətirlər əlavə
edilsin:
Qrup 10-dan
1001 Buğda və meslin:
1006 Düyü:
Qrup 11-dən
110100 Buğda unu və ya
buğda-çovdar unu:
2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarının əlavəsi
olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr
tarixli, 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 4, maddə 289, № 8, maddə 560; 2002-ci il, № 8,
maddə 549, № 9, maddə 581, № 10, maddə 647, 2003-cü il, № 2, maddə 147,
№ 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004-cü
il, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə
743; 2005-ci il, № 10, maddə 980; 2006-cı il, № 4, maddə 363, № 7,
maddə 652; 2007-ci il, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə
1187) ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 10-cu
mal qrupunda “1006” və 11-ci mal qrupunda “1101001100”, “1101001500” və
“1101009000” mal mövqelərinə aid olan sətirlərin 4-cü sütununda “5” və
“15” tarif dərəcələri “0” tarif dərəcəsi ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların
siyahısı”na əlavə edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 743)
qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir və qərarın 1-ci və 2-ci bəndləri bir il müddətində qüvvədədir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 30 aprel 2008-ci il.