AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№161 / 22.12.2003

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə

Qərar № 161

Bakı şəhəri, 22 dekabr 2003-cü il

«Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» yeni mətndə təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, «Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistem»də aparılan dəyişikliklərlə əlaqədar müvafiq tədbirlərin görülməsini və bu barədə rəsmi məlumatların dərc edilməsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

3. Bu qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

20 mart 2004-cü il tarixli, 34 nömrəli; 24 may 2004-cü il tarixli, 73 nömrəli; 24 may 2004-cü il tarixli, 74 nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 125 nömrəli qərarlara əsasən dəyişikliklərlə («AzerSoft»).



Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli
80 saylı qərarına əlavə

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 22 dekabr tarixli
161 nömrəli qərarı ilə
təsdiq edilmiş mətndə

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri

Bölmə I. Diri heyvanlar; heyvan mənşəli məhsullar

Bölmə II. Bitki mənşəli məhsullar

Bölmə III. Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nətəcəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar

Bölmə IV. Hazır ərzaq məhsulları; spirtli və spirtsiz içkilər və sirkə; tütün və tütün əvəzediciləri

Bölmə V. Mineral məhsullar

Bölmə VI. Kimya sənayesi və onunla bağlı sənaye sahələrinin məhsulları.

Bölmə VII. Plastik kütlələr (plastmass) və onlardan hazırlanan məmulatlar; kauçuk, rezin, onlardan hazırlanan məmulatlar

Bölmə VIII. Emal olunmamış gön, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məhsullar; sərraclıq - yəhər məmulatları və qoşqu ləvazimatları; yol ləvazimatları, qadın çantaları və analoji mallar; heyvan bağarsığından hazırlanan məmulatlar (barama fibroinindən olan liflər istisna olmaqla)

Bölmə IX. Oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü; mantar və ondan hazırlanan məmulatlar; kyləşdən, alfadan və digər hörmə materiallarından məmulatlar; səbət və digər hörmə məhsulları

Bölmə X. Oduncaqdan və ya digər lifli sellüloz materiallardan hazırlanan kütlə; regenerasiya (bərpa) edilən kağız və karton (makulatura və tullantılar); karton, kağız və onlardan hazırlanan məmulatlar

Bölmə XI. Toxuculuq materialları və toxuculuq məmulatları

Bölmə XII. Ayaqqabı, baş geyimləri, çətirlər, gün çətirləri, çəliklər, oturacaq çəliklər, qamçılar, şallaqlar və onların hissələri; emal olunmuş lələklər və onlardan hazırlanan məmulatlar; süni güllər; insan saçından məmulatlar

Bölmə XIII. Daş, gips, sement, asbest, slyuda və ya analoji materiallardan məmulatlar; keramika məmulatları; şüşə və ondan hazırlanan məmulatlar

Bölmə XIV. Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr

Bölmə XV. Qara metallar və onların məmulatla

Bölmə XVI. Maşınlar, avadanlıq və mexanizmlər; elektrotexniki avadanlıq; onların hissələri; səsyazma və səsləndirmə apparaturası, televiziya təsvirlərinin yazılması və göstərilməsi üçün apparatura, onların hissələri və ləvazimatları

Bölmə XVII. Quru nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri və nəqliyyata aid olan qurğular və avadanlıqlar

Bölmə XVIII. Optik, fotoqrafik, kinematoqrafiya, ölçü, nəzarət, ən dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; hər növ saatlar; musiqi alətləri; onların hissələri və ləvazimatları

Bölmə XIX. Silah və sursat; onların hissələri və ləvazimatları

Bölmə XX. Müxtəlif sənaye malları

Bölmə XXI. İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat


© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az