AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№188 / 20.11.2007

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında
dəyişikliklər edilməsi haqqında
Qərar № 188


Bakı şəhəri, 20 noyabr 2007-ci il
Azərbaycan Respublikasında spirtli içkilərin, içməli spirtin və pivənin aksiz markaları ilə markalanması prosesini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli, 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 59; 2003-cü il, № 6, maddə 351) ilə təsdiq edilmiş «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları»nın 4.9-cu bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin:
«Aksiz markası (pivə üçün nəzərdə tutulan qabın qapağına yapışdırılan aksiz markaları istisna olmaqla) spirtli içkilərin, içməli spirtin və pivənin qablarına elə yapışdırılmalıdır ki, markanın bir hissəsi qabın boğazlığının yan tərəfinə, digər hissəsi isə qapağın üst tərəfinə düşsün.».
2. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 iyun tarixli, 83 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 351) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Müəyyən edilsin ki, dövriyyədə olan aksiz markalarının tətbiqi qaydası bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş qayda ilə yanaşı 2009-cu il yanvarın 1-dək həyata keçirilir.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az